Gülər Əhmədovanı “psix” çıxarıb, avqustda azad edəcəklər

guler4dddfffGülər Əhmədova psixiatr nəzarətindədir

Sabiq deputat psixiatr müayinəsindən keçirilib

 AzNews.az xəbər verir ki, həbsdə olan sabiq deputat Gülər Əhmədovadan yeni xəbər var. Elşad Abdullayevin qalmaqallı videoları ilə bağlı həbs edilən keçmiş deputat Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin psixiatrları tərəfindən müayinədən keçirilib.

Bu barədə idarənin müalicə işinin təşkili şöbəsinin rəisi İftixar Qurbanov məlumat verib. O bildirib ki, idarənin psixiatrları G.Əhmədovanı müayinədən keçiriblər və onda nevrotik problemlərin olduğu aşkarlanıb. Şöbə rəisinin sözlərinə görə, sabiq deputatda müşahidə olunan nevrotik reaksiyalar hər bir məhkumda aşkarlanan problemlərdəndir: “Bu cür nevrotik reaksiyalar həbsxanaya düşən hər kəsdə müşahidə oluna bilər. Uzun illər azadlıqda yaşamağın ardından həbsxanaya düşmək istər-istəməz məhbuslarda müəyyən psixi gərginliklər yaradır. Gülər Əhmədovada müşahidə edilən nevrotik reaksiyalar da bu qəbildəndir”.

 Sabiq deputatın həbsxanada əsəblərini sakitləşdirmək üçün “Relanium” qəbul etdiyi barədə iddialara da münasibət bildirən İ.Qurbanov bildirib ki, Tibb Baş İdarəsinin psixiatrları G.Əhmədovaya adıçəkilən dərmanı atmağı tövsiyə etməyib: “Bizim həkimlər Gülər Əhmədovaya “Relanium” atmağı məsləhət görməyib. Ancaq onun vəkili hansısa dərmanı gətirirsə də, bundan xəbərsizəm. Gülər Əhmədova deyirdi ki, o, vaxtilə Ağabəy Sultanovun yanına müalicəyə gedib. Ola bilsin, Ağabəy Sultanov ona hansısa dərmanları məsləhət görüb və o uzun müddətdir həmin dərmanların istifadəçisidir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button