Gülər Əhmədovaya əcnəbi vəkil qadağası

04.01.2013 

2000-ci ildən Azərbaycana xaricdən vəkil gətirmək qadağan edilib 
Adı Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan keçmiş millət vəkili Gülər Əhmədovanı müdafiə edəcək vəkillər qrupunda xarici ölkələrdən dəvət ediləcək vəkillərin də olduğu barədə xəbər yayılıb.
G.Əhmədova mətbuata açıqlamasında ev dustağı olduğunu təsdiqləyərək, vəkillərinin yeni müdafiə taktikası seçəcəyini vurğulayıb.
Hüquqşünas Namizəd Səfərov isə AzNews.az-a açıqlamasında bildirib ki, müdafiə məqsədilə xarici ölkələrdən vəkil gətirilməsi ölkə qanunvericiliyinə əsasən mümkün deyil: “Yəqin ki, Gülər Əhmədovanın bundan xəbəri yoxdur. “Vəkillər və vəkillik fəaliyyəti” haqqında qanun xaricdən vəkil gətirilməsini qadagan edir. Bu qanun artıq 2000-ci ildən qüvvədədir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button