Güləşçimiz erməni rəqibini məblub etdi

Azərbaycanlı güləşçi Yaşar Əliyev  erməni rəqibi Qarik Barseqyanı ¼ finalda məğlub edib 

Avropa Oyunlarının 6-cı günündə kişilər arasında sərbəst güləş üzrə yarışları keçirilir. Yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.

xural.com -un  verdiyi xəbərə görə,  57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Yaşar Əliyev 1/4 finalda erməni Qarik Barseqyanla qarşılaşıb. Görüş Yaşar Əliyevin 10:6 hesablı qələbəsi ilə bitib və o, yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeni asanlıqla – 9:4 hesabı ilə məğlub edib. Bundan sonra o, fransalı rəqibinin hücumuna məruz qalıb.

Qeyd edək ki, təmsilçimizin 9-4 hesablı qələbəsi ilə barışmayan rəqibi oyun bitən kimi Yaşarın üzərinə hücum çəkib. Hakim idmançını sakitləşdirib.

Daha sonra fransız idmançını azarkeşlər etiraz əlaməti olaraq, fitə basıb.

 xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button