Gülər Əhmədova ilə Əvəz Zeynallının danışığının stenoqramı

Xahiş edirəm, çıx get, bura elə söhbətlərin yeri deyil!”

Millət vəkili Gülər Əhmədovanın ərizəsi əsasında həbs olunan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı saxlanıldığı Kürdəxanı təcridxanasından vəkili Elçin Sadıqov vasitəsilə məktub göndərib. Məktubda çoxsaylı xahişlərdən sonra Gülər Əhmədovanı qəbul etdiyini xatırladan Əvəz Zeynallı millət vəkili ilə aralarındakı söhbətin stenoqramını yazıb. XuralTAC baş redaktorun yazdığı məktubu dərc edir:

«Gülər Əhmədova «Xural» qəzetinin redaksiyasındakı iş otağıma daxil olan kimi dərhal dedi:

G.Əhmədova: – Əvəz, sənə nə qədər pul lazımdır, de, mən verim.

Mən: – Sizdən kim pul istəyir? Pulunuz-zadınız lazım deyil!

G.Əhmədova: – Mən qəzetin çapına kömək etmək istəyirəm.

Mən: – Bizə sizin köməyiniz lazım deyil.

G.Əhmədova: – “Mərkəz” qəzetinin çapını öyrənmək istəyirəm. Sən qəzetin bir nömrəsinin çapına nə qədər xərc çəkirsən?

Mən: – Təxminən 500 manat.

Fasilə yaranır. Gülər Əhmədova hesablayır…

G.Əhmədova: – Mən sənin bir illik yox, 6 aylıq xərcini ödəyə bilərəm. Bu da 10.000 manat eləyir.

Mən: – Xahiş edirəm, çıx get, bura elə söhbətlərin yeri deyil!

Söhbət burda da yekunlaşır və mən Gülər Əhmədovanı otaqdan çıxarıram”.

Xatırladaq ki, Gülər Əhmədova 19 oktyabr 2011-ci ildə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının ondan hədə-qorxu yolu ilə 10.000 manat pul istədiyini bildirmiş və yuxarıda stenoqrammı verilən lent yazısını sübut kimi təqdim etmişdir. 28 oktyabr 2011-ci il tarixdə Nəsimi rayon məhkəməsində lent yazısının dinlənilməsi zamanı Əvəz Zeynallının səsi eşidilməsə də, məhkəmə «Xural» qəzetinin baş redaktoruna qarşı 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Əvəz Zeynallı barəsində CM-nin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi açılıb.

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button