Gülər Əhmədovanın bank hesabları dondurulur
Növbə Gülər Əhmədovanın bank hesablarına çatdı
Gülər Əhmədovanın sədri olduğu Respublika Uşaq Təşkilatının bank hesabları dondurulub.
Təşkilata bundan sonra kimin rəhbərlik edəcəyi müzakirə mövzusudur. Məlumatda həmçinin bildirilir ki, yaxın günlərdə Əhmədovanın şəxsi bank hesabları da dondurulacaq.
Qeyd edək ki, hazırda Respublika Uşaq Təşkilatı Gülər Əhmədovanın baş redaktoru olduğu qəzetlə birlikdə Hökumət Evində fəaliyyət göstərir. 31 yanvar 1996-cı ildən fəaliyyət göstərən təşkilatın 40 rayonda şöbəsinin və 100 000-dən artıq üzvünün olduğu bildirilir.
AzNews.az