Gülər Əhmədovanın “işi” Avropa Parlamentində

28.09.2012

Sentyabrın 27-də Avropa Parlamentində Hollandiyanın D66 partiyasından olan 2 deputat Gülər Əhmədovanın məlum videosunda səslənən fikirlərlə bağlı Avropa Birliyi Xarici işlər komissarı xanım Ashtona sorğu göndəriblər.

İctimai Palatanın Avropa Parlamentindəki təmsilçisi, D66 partiyasının üzvü İsa Yusiflinin verdiyi məlumata görə, Gerben Jan Gerbrandy və Marietje Sxaake imzalı sorğuda xanım Ashtonun video barədə məlumatının olub olmadığı, orada “prezidentin önündəki siyahı” ifadəsi və müəyyən Avropa siyasi qurumlarının da rüşvət skandalında adının hallanması ilə bağlı həmən təşkilatlardan izahat istəyib istəməyəcəyi soruşulub. Eyni zamanda komissardan məsələ ilə bağlı Azərbaycan hökümətinin rəyi və beynəlxalq müstəqil araşdırmanın perspektivləri soruşulub. “Eyni zamanda deputatlarla müzakirələrdə Azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiqinin də artıq zərurət olduğu fikri səsləndirildi.” deyə İsa Yusifli bildirib.
Qeyd edək ki D66 partiyası Avropa Parlamentində Liberal fraksiyanın üzvüdür. Partiya Avropa Parlamentində indiyə kimi Azərbaycanda diktaturaya qarşı bütün qətnamələrin təşəbbüskarı olub. Eyni zamanda qeyd edək ki deputatlardan Gerben Jan Gerbrandy aprel ayında Euronest toplantısı çərçivəsində Bakıda səfərdə olarkən İctimai Palata rəhbərliyi ilə də görüşmüşdü.

http://azadliq.info/index.php?option=com_content&view=article&id=21727%3Aguelr-hmdovann-ii-avropa-parlamentind&catid=358%3Aust-manset&Itemid=550

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button