“Gülər bayatıları” adlı xalq yaradıcılığı aksiyası başladı

 

Ramiz Mehdiyevin deputatı Gülər Əhmədova

Əvəz Zeynallının həbsi xalq yaradıcılığına da müsbət təsir göstərir. Çox vaxt xalqın tənəsi, dövlət mükafatlarından daha təsirli olur. Facebook istifadəçiləri ardıcıl olaraq Ə.Zeynallının üstünə böhtan atan Ramiz Mehdiyevin deputatı Gülər Əhmədovaya bayatılar qoşmağa başlayıblar. Artıq bayatı yazmaq aksiya halına çevrilib. Bu aksiyada minlərlə insan dəstək verir. Öz istedadını nümayiş etdir’n insanların sayı hər gün artır. Artıq redaksiyaya minlərlə bayatı daxil olub. Xalqımız çox istedadlı xalqdır! Hamının arzusunu nəzərə alıb silsilə şəkildə bu bayatıları oxucularımızın diqqətinə çatdıracağıq.
Beləliklə Ümummilli Gülər Bayatıları…
Buyurun oxuyun… (mötərizənin içində hərflər müəlliflərin ad və soyadlarıdır)

Sen gulende gul acir
Vetenimin sabahi,
Guleri qinamayin
Cox itidir tamahi”. ))))

Fexri Hacıbəy

Gülər girdi dənizə
Bəlkə çixa təmizə
Gülərə söz demeyin
Gedib deyer Ramizə

Elnur Astanbəyli

***

Bir gün yolla gedirdi Gülər.
Bir əlində dönər,
Bir əlində güllər.
… Bir dilənçi çıxdı hardansa tindən,
“Acam” dedi “vallah dünəndən”
“Doyur məni əlindəki dönərnən”.
Tərs-tərs baxdı ona Gülər,
Qəhqəhəylə güldü Gülər.
Dönərdən yekə dişləm aldı,
Sonra dərin bir fikrə daldı.

Görək Hacı Hacıyev nə dedi

Birdən yenə hırıldadı
Dilənçi çənəsi düşdü
Gözləri birdən bərəldi
Səbəb yenə də Gülərdi,
Sallanmış gözaltı dəri,
Dişində qalmış göyərti.
Fəqət Gülər tez anladı
Ki, bu onun xislətinin,
Daxili iyrəncliyinin
Üzə vurulma anıdır
Pünhanın aşkar anıdır.
Bnu görənsə bir nəfər,
Özü də dilənən əfəl.
Tez Gülər tədbir eylədi,
Dilənçiyə göz eylədi.
Əlqərəz məkri-şər ilə
Yazığı dustaq eylədi.

Əli Əkbər

***

Bağladılar “Xuralı”?
Ağladılar “Xuralı”?
Qabağına sədd çəkib,
Saxladılar “Xuralı”?
Əzizim gülər, gülər,
Ağlayar, gülər, gülər,
Əvəzin əvəzi yoxdur,
Görəsən Gülər bilər?

Samir Əsədli

***

Gülər,
Ay Gülər
Sən nə çilingərsən, nə dülgər.
Tutdur məni Gülər!
Sevgiladə Gülər

Qazanın qapağı yox,
Ağlının kafası yox.
Gülür gülər düşünmür,
Qaçmağa amanı yox.

Gülərin üzü qara,
Kömürdən üzü qara.
O qədər tüpürdülər,
Bəlkə bir az ağara.

 (E.S.)

***

Əzizim daşlı qala
Çınqıllı,daşlı qala
Əvəz çıxar inşallah
Gülər göz yaşlı qala.
 (R.S.)

***

Məclisin gülü Gülər,
Xalqın üzünə gülər
Jurnalisti şərləyib,
İlhama gələr, Gülər.
Əzizim Əvəz qala,
ölkənin günü qara,
bu iş o vaxt çözülər
Gülər ölə, Əvəz qala:)))
 (A.İ.)

***

Qaçaq Gülər, hələlik gülər
Bir gün gələr, Əvəz gülər
Atalar yaxşı deyib
Son gülən yaxşı gülər.
Men asiq Evezgile
Yol gedir Evezgile
Gun geler Evez geler
Gederik Evezgile!!!
 (M.H)

***

Əzizim vay gününə,
xalqımın vay gününə,
meydan Gülərə qalıb,
yoxdu haray səsinə :(((
Əzizim qara günə,
Qalmışıq qara günə,
Zalım padşah, quldur şah
Qalsınlar qara günə…
(A.İ)
***

Mən aşiqəm, Gülərə
Arvada gülmə, gül ərə
Həbsə düşə bilərsən
Bir söz demə Gülərə..
(H.M)

***

Əzizinəm gülərsiz
Parlamentdə gül ərsiz
Siz ya SEVGİladəsiz,
Və yaxud da Gülərsiz

***

Əzizim Gülər gələr
Gül arvad, gül ər gələr
Haqqında söz desəniz
Üstünüzə şər gələr

(E.S)

Gülər mənim canımdır
Damarımdır, qanımdır
Necə onu sevməyim
O, işverən xanımdır!

***

Gülər güldürər səni,
Lap istər öldürər səni,
Sən onu çox sevməsən
İş verər, işlədər səni…

***

Mən Gülərəm verərəm
Danışaram , gülərəm
Hamı mənə səs verir
Mən onlara iş verərəm…)

***

Əzizinəm Gülərim
Ağlayaram, gülərim
Əgər işin yoxdursa
İş verəcək Gülərim!

(R.A)

 

Sevgiladəlik edər Gülər
İş verib ürəkdən gülər
Ondan qorxmaq gərəkdir
Tək Əvəzlə doymaz Gülər

(İ.Y)

***

Əzizinəm gül dərə
Gülər xanım gül dərə
Əvəz gül almaz deyə
Onu KPZ-yə göndərə

***

Əzizinəm gülərsən
Şər zad atıb gülərsən
O yan bu yan eləmə
Sevgiladə Gülərsən

***

Əzizinəm dilən gəz,
Bağda güllər yavaş gəz
Gülər bacı iş verir
Sakit dinmez dolan gez

(M.R)

***

Mən Gülərəm,  a xışda
İş verənəm,   a xışda
İşimi həll etmesəz
Şərləyərəm, gülərəm, a xisda.
***
Əzizim gülər gülər
İşveren Gülər gülər
İşini həll etmesən
Şərləyər, gülər gülər.
(H.H)

***

Gülər yaman gülərdi
Ağladandı,güləndi
Sağa fikrin getməsin
Soldakı südverəndi.
***
Əzizinəm gülmə gəl
Sevinmə gəl, gülmə gəl
Gülər üzünə gülsə,
İş verəcək – gülmə gəl.
***
Əzizinəm gülərdi,
Sırtıq, sırtıq gülərdi
Şər atmaqda birinci
Sevgiladə Gülərdi.
(E.M)

***

Əzizinəm gül oldu,
Gül oldu bülbül oldu,
Gülər ortaya çıxan,
Tatyana yalan oldu.
(H.A)

***

Əzizinəm dilən gəz
Bağda-Gülü dilən gəz
MM-də Güler olunca
Metrolarda dilen gəz

***

Əzizim olmayaydı
Saralıb solmayaydı
Xuralı bağladanlar
Kaş heç doğulmayaydı

***

Əzizim baxtı qara
Üzü ağ, baxtı qara
Deputatı Gülər olanın
Ömürlük baxtı qara

***

Mən aşiqəm boyuna.
Qamətinə, boyuna
Güləri evləndirəciyəm
Dəvətlisiz toyuna

***

Mən heyran üzdə xala
Gülərdə dovlet-mala
Allah varsa ? Qoymaz ki
Haqsızlıq yerdə qala. (Dini Bayatı)

(E.N.İ)
***

A bağdagül, bağdagül,
Dərme məni bağdagül.
Gülər işverən olub,
Saxla məni bağdagül.

***

Gülə-gülə ay Gülər,
Üzdə gülər səy Gülər,
Əlində imkan oldu,
Durdu üzə bu Gülər.

(A.M)

***

Gülər baxdı güzgüyə,
Adını qoydu Özgəyə.
Qurduqları tələni,
Döndərdilər cizgiyə.

(Ş.Z.)

***

Su keçər samanlıqdan,
Yol keçər qaranlıqdan.
Gülər, yaxşılıq elə,
Nə çıxar yamanlıqdan?!Gülərdi, Gülər,
Əlində dönər.
Kasıba verməz,
Ramizlə bölər.
(E.N.) 

Insan yaşa, insan oğlu, kimsə batsa, get dərinə,
Ya azad ol, ya candan keç – məkan torpağın dibinə.
Dil var tikandan betərdir, dil var tər qöncə çiçəkdir
Ya gülünə sahib çıx sən, ya qoy onu gül yerinə.

http://etibarli.wordpress.com/2011/11/03/bayatilarimiz/

 

Xalq yaradıcılığına qoşulan bütün “Xural”sevərlərə təşəkkürümüzü bildiririk.

 

 

Əlaqəli məqalələr

4 şərh

  1. Eziziyem bala-bala,
    Zurnani chal bala-bala.
    Evez gedib gelendi,
    Guler qal yana-yana

    Evez yazar qan eyler
    Guler buna naz eyler
    Evez etməz haqsızlıq
    Guler haqsızlıq eylər.

    Evez qalmaz qəfəsdə,
    Guler girər qəfəsə.
    Gün də elə o gün olsun,
    Dualar qəbul olsun.

    Evez millət adamı,
    Guler b(q)uyruq adamı.
    Evez güdaza getməz,
    Gedər b(q)uyruq adamı.

  2. Gülüncdü bunun adı,
    Nə qazdı, nə durnadı!
    Düz sözə qol qoyarmı
    Barmağı burnundadı…

    Saçlarını hörməmiş.
    Balağını çirməmiş.
    Kim buraxıb məclisə,
    Görməmişdi, görməmiş…

    Bilinir kim dayısı,
    Rüşvətxorun ayısı.
    Əvəzi tutduranlar,
    Haq da tutar vayısı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button