Gülağa Aslanlı: “İsa Qəmbərin müayinəsi davam edir”

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Türkiyədə müayinəsi başlanıb. Bunu Turan-a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

G.Aslanlının sözlərinə görə, İ.Qəmbərin səhhətində hər hansı problem yoxdur, aparılan ilkin müayinələrdən də bu aydındır. Müayinə aparan həkimlər martın 1-i axşama kimi müayinələrin nəticəsinin məlum olacağını bildiriblər.

İ.Qəmbərin nə zaman Azərbaycana dönəcəyi ilə bağlı sualın cavabında G.Aslanlı bu tarixin hələ məlum olmadığını bildirib, bunu İ.Qəmbərin bir sıra görüşlərinin olması ilə əlaqələndirib.

Xatırladaq ki, İ.Qəmbər bu il yanvarın 13-də səhhətində yaranan problemlə bağlı Mərkəzi Klinikaya yerləşdirilib, İ.Qəmbərin ürəyinə stendlər qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya müraciət edib, amma bu müraciət səhhətində problemlə bağlı olmayıb, profilaktik xarakter daşıyıb.

Fevrlaın 28-də isə İ.Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılının müşayiəti ilə Türkiyə yola düşüb. Paytaxt Ankarada klinikaların birində müalicə alır.

İ.Qəmbər milli-azadlıq mübarizəsinin liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biridir, 1992-93-cü illərdə parlamentin sədri olub, müəyyən müddət prezident səlahiyyətlərini icra edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button