Rubrikalar: MARAQLI XuralTAC

Günəş fırtınası təhlükəyə çevrilir-ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Alimlər xəbərdarlıq edirlər ki, şiddətli Günəş fırtınası Yerdə rabitə sistemini sıradan çıxara və çox böyük iqtisadi zərərə səbəb ola bilər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tədqiqatçılar 1972-ci ildə amerikan hərbçilərinin Vyetnam sahillərində quraşdırdığı sualtı minaların öz-özünə partlamasının səbəbini araşdırıblar. Məlum olub ki, detonatorların avtomatik işə düşməsi Günəş fırtınasının təsiri ilə baş verib. Meteoroloqlar həmin gün eyni saatda şiddətli Günəş fırtınası və maqnit sahəsi qeyd alıblar. Alimlər bu hadisə ilə bağlı əlavə ediblər ki, müasir dövrdə Günəşdə bu cür şiddətli alışma daha ciddi fəsadlar törədə – günümüzdə insanların istifadə etdikləri peyk qəbuledicilərini, enerji şəbəkələrini və bir çox obyektləri sıradan çıxara bilər. Hesablamalar göstərir ki, eyni şiddətdə Günəş fırtınası təkcə Britaniyaya 20,6 milyard dollar zərər verər.

Günəş fırtınalarının səbəbinə gəldikdə, alimlər bildirirlər ki, bu, nəhəng ulduzun tərkibində olan eklektikləşmiş qazların (əsasən hidrogenin) yaratdığı maqnit sahəsində olan enerjinin yerdəyişməsi ilə əlaqədardır. Bir sözlə, bu hadisə enerjinin partlayış yolu ilə Günəş atmosferinə yayılmasıdır. Hər bir fırtına zamanı dünyada olan bütün nüvə arsenalından 100 min dəfə çox enerji hasil olunur. Sonsuz fəzaya yayılan bu fırtınanın birbaşa Yerə yönəlməsi və planetimizin maqnit sahəsi ilə birləşməsi isə atmosferin yüksək qatlarında atomların və molekulların fəallaşması və qütb parıltısına səbəb olur. Bu proses, eyni zamanda, Yerin maqnit sahəsini də deformasiyaya uğradır və ciddi sarsıntılar törədir.

Alimlər Günəş fırtınalarının proqnozlaşdırılması yollarını da izah ediblər. Onların fikrincə, Yerin maqnit sahəsinin öyrənilməsi XIX əsrin ortalarında başlayıb və tədqiqatlar nəticəsində kosmosda 100 ildə bir ekstremal “hava şəraitinin” müşahidə edildiyi məlum olub. “Kerrinqton hadisəsi” adlanan ən şiddətli geomaqnit fırtınası 1859-cu ildə qeydə alınıb. Həmin il avqustun 28-dən sentyabrın 2-dək Günəşdə çoxlu sayda ləkələr və alışmalar görünüb. Bütün dünyada, hətta Karib dənizi üzərində də qütb parıltısı baş verib, Avropada və Şimali Amerikada teleqraf sistemləri iflic olub.

Alimlərə görə, müasir dövrdə – bəşəriyyətin yüksək texnologiyalardan asılı olduğu bir şəraitdə, kosmosdakı peyklərin qlobal rabitə və naviqasiya sistemini idarə etdiyi vəziyyətdə analoji fırtınanın fəsadlarını təsəvvür etmək belə çətindir. Kosmik gəmilərin və təyyarələrin, enerji sistemlərinin sıradan çıxması ağır fəsadlarla nəticələnə bilər. Hazırda meteoroloqlar və astronomlar bu problem üzərində iş aparırlar. İndi alimlər Günəş fırtınasını 6 saat əvvəl proqnozlaşdıra bilir. Bu xəbərdarlıq isə, BBC-nin yazdığına görə, təkcə Britaniyada ehtimal olunan zərərin miqdarını 20,6 milyard dollardan 3, 86 milyard dollaradək azalda bilər. Britaniya hökuməti bu məsələ ilə bağlı energetika şirkətləri, aviaşirkətlər və kosmos sistemi operatorları ilə birgə fəaliyyət planı hazırlayır.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Mahmudovun ailəsinə miras qoyan Aslan Aşurov kimdir?

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Anar və Nərgizin adına Böyük Britaniyada 100 milyon avroluq biznes və 19…

2 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Eldar Mahmudova 100 milyon funt sterlinq kimdən “miras” qalıb?”-VİDEO

1 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

2 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

İlham İsmayıl “Siyasət meydanı”nda: “Milli Məclisə Qarabağdan danışmaq qadağan olundu!”-VİDEO

1 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
Xural.COM