“Günəşli” neft yatağında güclü yanğın: Xüsusi qərargah yaradılıb, xilasetmə tədbirlərinə başlanıb – FOTOLAR

img1953884
“Günəşli” yatağının 10-cu platformasındakı yanğın güclü partlayışlarla müşayiət olunur.
Virtualaz.org saytının əldə etdiyi son məlumata görə, platformadakı neftçilərin təxliyə olunmasına başlanılıb. Neftçilər hər biri 10 nəfər tutumu olan rezin qayıqlara mindirilisə də onların platformadan aralanması mümkün deyil.
Qeyd edək ki, “28 may” Neft-Qaz Çıxarma İdarəsinə aid olan bu platforma SOCAR-a məxsusdur. Amma yatağın işlənməsi ilə BP şirkəti məşğul olur.
SOCAR da yanğınla bağlı məlumat yayıb. Şirkət bildirib ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
İlk növbədə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.
Buna baxmayaraq hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005.
 
*****
“Günəşli” yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.
SOCAR-dakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Xilasetmə gəmisi platformaya yan ala bilmir. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.
Virtualaz.org saytının əldə etdiyimiz son məlumata görə, platformada 84 (digər məlumata görə isə 100) neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.
Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.
*****
“Azneft” İstehsalat Birliyinin (Dövlət Neft Şirkətinin hasilatçı strukturu) 28 May adına Neft və Qaz Çıxarma İdarəsinin platformasında yanğın başlayıb.
Bu xəbəri Caspian Barrel-ə NQÇİ-dəki nefçilərdən biri zəng edərək, bildirib.
Mənbənin sözlərinə görə, yanğın təqribən saat 18 radələrində 10 N-li hasilat platformasında başlayıb. Yanğının nədən törənməsi bilinmir, ancaq hasilat kəskin meteroloji hava şəraitində aparılırmış.
Zərər çəkmişlər haqda dəqiq məlumat yoxdur.
Caspian Barrel-ə SOCAR-dakı məlumatlı mənbə də qəza hadisəsini təsdiqləyib.
*****
Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, yanğın yatağın 10-cu platformasında başlayıb.
SOCAR-dakı mənbələr faktı təsdiqləyiblər.
Ölənlər və xəsarət alanlar barədə hələ məlumat verilmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button