Günahkar nazir və məhkum şair

Eldəniz Quliyev
Ziyalı
…Bunu anlamaq üçün yəqin ki, “Tarixi-Nadir”in ikinci hissəsini də oxumalıyam… Diqqət yetirin: keçmiş vergilər naziri Fazil Məmmədovu vergi sistemini acınacaqlı duruma saldığı səbəbindən işdən uzaqlaşdırdılar; üstəlik, hazırda onun adı çeşidli cinayətlər və maxinasiyalarda da hallanır… Sual olunur: əgər bu, həqiqətən belədirsə, yəni artıq onun əməlləri təftiş edilir, günahları, səhvləri aşkarlanırsa, onda niyə görə onun şərlədib həbs etdirdiyi tanınmış şair Saday Şəkərli hələ də həbsdədir?!
Axı şairin günahsız olduğunu və məhz Fazil Məmmədovun nazir hikkəsiylə həbsə atıldığını bilməyən yoxdu… Keçmiş nazirin məhkəməyə etdiyi təzyiq və fərmayişləri nəticəsində günahsız insan hələ də zindanda əzab çəkir…
Və unutmayaq ki, bu İNSAN nadir istedad sahibi, böyük şair, eləcə də xalqımızın ən işıqlı şəxsiyyətlərindən biridir!.. Ortada – həbsinin bir addımlığında olan günahkar nazir və heç bir günahı olmayan məhkum şair! Acınacaqlıdı haldı, deyilmi? Nədən və nə səbəbə şairi azad etmirlər bəs?.. Bax, mənim anlamadığım budur..
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button