“Gündəm xəbər” qəzetinə təzyiqlərə son qoyun!

sirin-ceferi “Gündəm Xəbər”

KXCP İdarə heyəti “Gündəm-xəbər” qəzetinə qarşı hakimiyyətin təzyiqlərinə son qoyulması ilə bağlı bəyanat qəbul edib. xural.com-a daxil olan bəyanatda deyilir:

Azərbaycanın hakimiyyət strukturlarının uzun illərdir media orqanlarına qarşı açdığı savaş genişlənir, basqılar kəskinləşir. Ölkədəki bütün sahələrdə olduğu kimi, mətbuatda da “ayır-buyur” siyasəti kəskinliklə icra olunur. Hansısa media orqanları büdcədən maliyyələşir, əvəzində çox çətinliklə mövcudluqlarını saxlayan qəzetlər müxtəlif bəhanələrlə məhkəmələrə çəkilir, jurnalistlər ağır repressiyalara məruz qalırlar. Ofşor banklarda gizlədilən milyardların mənbəyinin vergidən gizlədilməsi səbəblərinin araşdırılması, “paket”də əməkhaqqı vermək ənənəsinə son qoymaq, ölkəni fəlakətə sürükləyən yüksək məmurlar təbəqəsinin qanun qarşısında cavabdehliyini reallaşdırmaq əvəzinə, yalnız həqiqəti yazdıqlarına görə mövcudluqlarını saxlaya bilən qəzetlər vergi bəhanəsi ilə məhkəmələrə çəkilərək bağlanır, qəzetin məsul şəxsləri həbslərlə hədələnir, həqiqəti deyə bilən mənbələrin varlığına son qoyulur. Artıq medianın növbəti qurbanı “Gündən-xəbər” qəzetidir. Vətəndaşı və təşkilatları hər cür, hətta hakimiyyət orqanlarının təcavüzündən qorumalı olan bəzi hüquq mühafizə orqanlarının müxtəlif maddələrlə “Gündəm-xəbər” qəzeti haqqıda qaldırdığı cinayət işinin məhkəmə prosesi artıq qanunun “təntənəsi” ilə başa çatmaq üzrədir. Sübut olmadığından bəzi maddələr qəzetin üzərindən götürülməsinə baxmayaraq, təhlükə getdikcə böyüyür. Proses belə davam edəcəksə, ölkədə insan haqlarının, söz azadlığının və nəhayət, ədalətin qorunmasına məsul olan orqanlar, şəxslər, ən yaxşı halda, gözləmə mövqeyi tutacaqsa, “Gündəm-xəbər” qəzetinin də bir çox qəzetlər kimi fəaliyyətinə son qoyulacaqdır. KXCP Azərbaycan Respublikasının prezidentindən, hüquq-mühafizə orqanlarının rəhbərlərindən ayrı-ayrı hakimiyyət strukturlarının mediaya qarşı apardığı savaşa son qoyulmasını, “Gündəm-xəbər” qəzetinə qarşı aparılan təzyiqlərin durdurulmasını, aşkarlığın qorunmasında müstəsna görəvlər daşıyan mətbuatın fəaliyyəti üçün normal şəraitin yaradılmasını tələb edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button