Güney Azərbaycan şairlərinin yeni kitabları

AYB-nin Güney Azərbaycan şöbəsinin maliyyə dəstəyi ilə Ramin Cahangirzadənin “Daşlar” və Elvar Qulvəndin “Zibil dolusunda ziyafət” kitabları işıq üzü görmüşdür.

Ramin Cahangirzadə müasir Güney Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Bu imza “Alatoran” Oxucularına yaxşı tanışdır, demək olar ki jurnalın hər nömrəsində fərqli şeirləri ilə diqqəti cəlb edirdi. Ramin ona görə sevilir ki, insanın emosional sarsıntılarını, psixoloji təbəddülatlarını nəzm formasına salmağı bacarır. “Daşlar” adlanan kitabında şairin əsasən son illərdə yazdığı şeirləri yer alıb.

Şair, yazıçi, bir sözlə, əlinə qələm alan ziyalı heç zaman ictimai-siyasi proseslərə laqeyd yanaşmamalı, haqsızlıq, ədalətsizliklə barışmamalı, hər şeydən öncə millətin, vətənin taleyini düşünməli, həmişə özünün haqlı mövqeyini nümayiş etdirməlidir. Güneyli şair Elvar Qulvənd məhz belə yaradıcı şəxslərdəndir. Onun əsərləri ilə yaxından tanış olduqda bir məqamı anlayırsan ki, Elvar bir şair kimi öz vətəninin taleyindən narahat olan adamdır. Kitabda müəllifin zaman-zaman yazdığı nəzm əsərləri toplanıb.

Qeyd edək ki, “Nurlan” nəşriyyatında çap olunmuş bu kitabların ideya müəllifi və redaktoru Sayman Aruzdur. “Məqsədimiz quzeyli oxucularımızı Güneydəki ədəbi prosesin ayrı-ayrı mərhələləri ilə yaxından tanış etmək, həm də sevimli qələm dostlarımızı minnətdarlıqla bir daha xatırlamaqdır”, -deyə Sayman Aruz bildirir.

 

Professional Oxucu Liqası

 

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button