Güney Azərbaycan üçün yeni telekanal təsis edilib

İsveçin Stokholm şəhərində qərargahlanan AN.T iyunun 1-dən test yayım olaraq verilişlərini Azərbaycan türkcəsində yayımlamağa başlayıb.

İrandakı gündəmin əsas hadisələrini işqılandırmağı hədəfləyən AN.T Azərbaycan News TV-nin ixtisar edilmiş adıdır.

Kanalın təsisçisi və direktoru insan haqları fəalı, hüquqşünas Saleh Kamrani Amerikanın Səsinə televiziyada yayımlanması üçün üç növ veriliş nəzərdə tutulduğunu bildirib. Bunlar xəbərlər, mədəniyyət və əyləncə, siyasi debat verilişləri olacaq.

AN.T Televiziyasının internet saytı Azərbaycandan türkcəsi ilə yanaşı ərəbcə, rusca, ingiliscə və farsca xəbər və material yayımlayır.

“Bunlara Göy qurşağı, Ritmin Rəngi, Qadın olmaq, Bitik, Altaylardan Səhəndimizə, Miras, Ədəbi incilər və Danışır Azərbaycan kimi verilişlər və rubrikalar daxildir,” televiziyanın direktoru deyib.

AN.T rəhbərliyinin verdiyi məlumata görə, yaxın zamanlarda tamaşaçılara siyasi debat tipli verilişlər də təqdim olunacaq.

AN.T-nin verilişləri “Yahsat” peykindən 11900 üfüqlükdə və www.aznews.tv saytından canlı olaraq yayımlanmaqdadır.

AN.T özünü müstəqil və xüsusi media qurumu olaraq təqdim edir.

Televiziyanın verilişləri İsveçin Stokholm şəhərindən yayımlansa da, kanalın proqramlarını dünyanın müxtəlif ölkələrində yaşayan müxbir və jurnalistlər hazırlayır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button