Günümüzə bax, ay Allah!

Fariz Sultan
Fariz Sultan

Fariz Sultan

Gülər Əhmədova əfv olunsa təəcüblənməyin…

Prezident Yanında Əfv Məsələləri Komissiyasıyasının üzvləri iki gündür ki, Ramiz Mehdiyevin sədrliyi ilə toplanır.

Deyirlər ki, iclasda komissiyaya əfvlə bağlı daxil olan müraciətlər müzakirə edilib. Son iki iclasda siyasi məhubslarla bağlı müzakirələr olmayıb. Bu müzakirələr komissiyanın son iclaslarında qabardılacaq.Siyahı prezidentə təqdim olunacaq. Prezident də bu ayın sonunda əfv fərmanı imzalayacaq.

Dəyərli oxucu əgər diqqət etdisə, əfv siyahısını yenidən Ramiz Mehdiyevin tərtib etdiyinin fərqində oldu. O adamın ki, illərdir, günahsız insanları şər və böhtanla həbsə atdırır, səlahiyyətlərini aşaraq məhkəmələrə sifarişlər verir, insanları həyatlarından bezdirir, malına, dövlətinə, nüfuzuna əl qoyur… sonra da seçir. Onların hansını əfv siyahısına salsın, hansını yox. Qərarı prezidentin yerinə o verir. Bu fürsətdən də xeyrinə istifadə edir. Belə çıxır ki, yenə həmin siyahıda siyasi və vicdan məhbuslarının adları olmayacaq. Çünki bu Ramiz Mehdiyevə sərf etmir. Düşünürəm ki, əgər əfv siyahısında Gülər Əhmədovanın adı olsa, cəmiyyət də təəccüblənməyəcək. Artıq bu ölkədə heç kəs, heç nəyə təəcüblənmir. Rüşvət almayan həbslərə atılır, alan isə onu bunu təhdid edərək, azadlıqda gəzir. Budur bu ölkənin qanunları. Daha nə deyəsən? Əgər bir ölkədə ki, adı korrupsiyada hallandırılan bir adam insanların gələcək taleyinə qərar verir, o zaman ümid qalır tək Allaha…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button