Gununsesi.info-nun xəbəri təsdiqləndi – Məhəmməd Məmmədov azadlığa çıxdı

Bir müddət öncə Gununsesi.info-nun  “Rabitə işi”ndə təqsirləndirlərək məhkəməsi gedən “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun azadlığa çıxacağı barədə xəbəri nəhayət iyulun 27-də öz təsdiqini tapdı.

Belə ki, iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova hökm oxunub. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə M. Məmmədov  5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilmə barədə şərti cəza qərarı çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, M.Məmmədov 4 milyon 500 min manat mənimsəməkdə təqsirli bilinirdi.
Gununsesi.info  hələ 2017-ci il fevralın 21-də yazdığı məqalədə M.Məmmədovun 4,5 milyon manatı geri qaytardığı qeyd olunub:
“Məhəmməd Məmmədov istintaq dövründə dövlətə vurduğu zərəri ödəyib. Bu məbləğ, 4 milyon 400 min manata edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslər də götürülüb. Mənbəmizin Məhəmməd Məmmədovun yaxın zamanlarda azadlığa buraxılacağını deyir”.
Mənbə onu da əlavə edib ki, M. Məmmədovun azadlığa çıxamasında daha yüksək məqam sahiblərinin dəstəyi, eyni zamanda böyük pullar rol oynayıb.
Qeyd edək ki, Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdu. 
Onu da əlavə edək ki,  “MTN işi” çərçivəsində həbs edilən Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidov 2016-cı ilin sonunda azadlığa çıxıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button