Gürcü naziri Bakıya gəlir
Gürcüstan XİN rəhbəri Mixail Canelidze martın 6-da Azərbaycana rəsmi səfərə gəlir. Bunu trend.az-a diplomatik mənbə deyib.
O, martın 7-də ölkənin rəsmi şəxsləri ilə danışıqlar aparcaq, danışıqlar zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Danışıqlarda, həmçinin iqtisadi əməkdaşlıq, “ucuz qaz” məsələlərinə də toxunulacaq.