Gürcüstan deputatı Savalan Mirzəyevdən Azərbaycan dilinə qarşı böyük hörmətsizlik-VİDEO

 

Marneulinin azərbaycanlı meri Zaur Darğallı isə ona tərcüməcilik edib.

10 fevral tarixində Bakıda Azərbaycan Milli Məclisinə keçirilən seckilərdə müşahidəçi kimi iştirak edən Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev seçkilərin müşahidəsi və yekun nəticələr ilə bağlı keçirdiyi brifinqdə Azərbaycana və Azərbaycan dilinə qarşı böyük hörmətsizlik edib. Öz ana dili Azərbaycan dilində danışmaqdan imtina edən Savalan Mirzəyev çıxışını gürcü dilində edib. Maraqlı burasıdır ki, Gürcüstan Parlamentinin azərbaycanlı deputatı olan Savalan Mirzəyev brifinqdə gürcü dilində çıxış edərkən, Azərbaycan dilinə tərcüməçi tapmayıblar və ona tərcüməçiliyi Marneulinin azərbaycanlı meri Zaur Darğallı edib. Azərbaycan tarixində görünməmiş olan öz ana dilinə hörmətsizlik etmək yetməyib, nonsens digər hadisə Marneulinin azərbaycanlı merinin ona tərcüməcilik etməsi olub. Savalan Mirzəyevin hansı niyyətlə bunu etməsi çox maraqlıdır. Azərbaycanlı olasan, Bakıda – Azərbaycanın qəlbində Azərbaycan dilində danışmaqdan imtina edəsən? Bu, Azərbaycana, Azərbaycan dilinə, Azərbaycan xalqına qarşı görünməmiş hörmətsizlikdir. Həbs edilmiş eks MTN generalı Akif Çovdarovun qohumu olan Savalan Mirzəyev daima Azərbaycanın dəstəyini alıb. Bakıda rəsmi və qeyri-rəsmi məclislərdə, görüşlərdə hörmətə və izzətə layıq görülüb. Əvəzini isə öz ana dilinə, Azərbaycana qarşı hörmətsiliklə ödəyib.

Xural.com qarşı tərəfin də cavab haqqını tanıyır.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button