Gürcüstan parlamenti Prezidentin qanuna qoyduğu vetonu ləğv edib

Yayımlandı: 28 May 2024 20:01

Zurabişvili qanunu 5 gün ərzində imzalamasa, parlament sədri imzalayacaq

Bu gün Gürcüstan parlamentinin plenar iclasında Prezident Salome Zurabişvilinin “Xarici agentlər haqqında” Qanuna qoyduğu veto səs çoxluğu ilə ləğv edilib.

Qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.

Parlamentin  iclasında insident də qeydə alınıb. 

“Gürcü Arzusu” Partiyasının deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” Partiyasının sədri Giorgi Vaşadzenin üzərinə su töküb.

Hadisə Giorgi Vaşadze tribunada çıxış edərkən baş verib.

Qanunun qüvvəyə minməsi üçün 5 gün ərzində prezident tərəfindən imzalanması lazımdır.

Əks halda, qanun layihəsi parlamentin sədri tərəfindən imzalanacaq və dərc olunacaq.

“Xarici agentlər haqqında” Qanun gəlirlərinin 20%-dən çoxu xaricdən olan qeyri-hökumət və media qurumlarını xarici dövlətin maraqlarını həyata keçirən təşkilatlar elan edir.

Onlar xüsusi reyestrdə qeydiyyatdan keçməli və hər il maliyyə bəyannaməsi doldurmalıdırlar.

Əks halda ilk dəfə 25 min lari cərimələnəcəklər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button