Gürcüstan prezidenti Əfqan Muxtarlı ilə bağlı bəyanat verdi

“Bir insanın yoxa çıxması dövlətçiliyimiz və suverenliyimiz üçün ciddi təhlükədir”, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması və Gürcüstandan çıxarılması faktını jurnalistlərə şərh edərkən deyib.

“Dövlət öz nüfuzunu qorumalıdır. Bu iş üzrə vəkilin bəyanatı bir neçə səbəbdən çox ağırdır. İlk növbədə, biz jurnalistlərin və insan hüquqlarının müdafiəsi məsələlərində Gürcüstanın regionun lideri olmasından qürur duyuruq. Bu, dövlətçiliyimizin və suverenliyimizin mühüm parçasıdır”.

Prezident söz verib ki, bu məsələ ətraflı araşdırılacaq və təhlil ediləcək. Xəbəri Tbilisinin IPN agentliyi yayıb.

contact.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button