Gürcüstan Prezidenti LGBT icmasına qarşı qanunu imzalamasa da, ona veto qoymayıb

Yayımlandı: 2 Oktyabr 2024 18:06

Qanun parlamentin sədri tərəfindən 5 gün ərzində imzalandıqdan sonra qüvvəyə minəcək

Gürcüstan Prezidenti Salome Zurabişvili LGBT əleyhinə qanun olan “Ailə dəyərləri haqqında” qanunu imzalamayıb, eyni zamanda veto hüququndan da istifadə etməyib.

Məlumatı Prezident Administrasiyası da təsdiqləyib.

Konstitusiyaya görə, qanunlar parlamentin sədri tərəfindən 5 gün ərzində imzalandıqdan sonra qüvvəyə minəcək. Əgər Prezident veto qoysaydı, “Gürcü Arzusu” parlamentdəki çoxluq vasitəsilə bunu ləğv edə bilərdi.

“Gürcü Arzusu” “ailə dəyərlərini qorumaq” istədiyini iddia edir, lakin LGBT nümayəndələri bunu hüquqlarının məhdudlaşması və senzura kimi qiymətləndirir.

Venesiya Komissiyası homofob qanun layihəsi ilə bağlı tənqidi rəy hazırlayıb və onun qəbul edilməməsini tövsiyə edib.

Sentyabrın 17-də LGBT icmasına qarşı “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun parlament tərəfindən üçüncü oxunuşda təsdiq edilib və 84 səs çoxluğu ilə qəbul olunub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button