Gürcüstan-Rusiya sərhəddində yük maşınlarının hərəkəti qadağan edilib-NƏDƏN?

Gürcüstan-Rusiya sərhəddində yük maşınlarının hərəkəti yenidən qadağan edilib.

AZƏRTAC xəbər verir ki, buna səbəb güclü qar yağması, yolların buz bağlaması və Yuxarı Lars yolunda, xüsusən də bəzi tunellərə yaxın ərazilərdə qar uçqunu təhlükəsinin artmasıdır.

Hazırda yolda 100-ə yaxın yük avtomobili dayanıb. Yolun nə vaxt açılacağı məlum deyil.

Yüngül minik avtomobillərinin hərəkəti bərpa olunsa da, sərhəddə tıxac yaranıb. Rusiya tərəfi Gürcüstandan gələn avtomobilləri və sərnişinləri qrip virusu ilə əlaqədar yoxlayır, bəzi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button