Gürcüstanda 21 nəfər koronavirus şübhəsi ilə xəstəxanadadır

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə daha 11 şəxs yerləşdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, hazırda bu cür pasiyentlərin ümumi sayı 21 nəfər təşkil edir, 5 şəxslə bağlı müvafiq yoxlama aparılıb və onlarda koronavirus təsdiq olunmayıb.

Digər pasiyentlərlə bağlı araşdırmaların nəticələri bu gün və ya sabah məlum olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button