Gürcüstanda bankda girov götürülənlər var

Ölkənin ən böyük bankı olan “Bank of Georgia” birinci dəfə deyil belə bir insidentlə gündəmə gəlir

Gürcüstanın qərbi Kutaisi şəhərində bank qarətçisi olduğu bildirilən şəxs 10-dan çox adamı girov götürüb.

Daxili İşlər Nazirliyinin sentyabrın 20-də yaydığı məlumata görə, xüsusi polis bölmələri Kutaisidəki Şota Rustaveli prospektində yerləşən “Bank of Georgia”nın binasında girov götürmə böhranını həll etmək üçün “gərəkən bütün tədbirləri” görür.

Bu bəyanatdan az öncə mediada yayılan xəbərlərə görə, naməlum bir şəxs bankın Kutaisi filialını qarət etməyə çalışıb. Ancaq polis hadisə yerinə çox tez gəlib deyə, o, azı 10 nəfəri, o cümlədən bank işçiləri və müştərilərini girov götürüb.

Ölkənin ən böyük bankı olan “Bank of Georgia” birinci dəfə deyil belə bir insidentlə gündəmə gəlir.

2020-ci ilin oktyabrında hərbi geyimdə maskalı silahlı bankın Zuqdudi şəhərindəki filialında 43 nəfəri girov götürüb. O, açıqlanmayan məbləğdə nağd ABŞ dolları ilə qaça bilib. O vaxtdan həmin şəxs yaxalanmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button