Gürcüstanda dövlət koronavirus cərimələrini əfv edəcək

Bəs, Azərbaycan?

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən özünütəcrid, karantin və maska ​​rejiminin pozulmasına görə vətəndaşlara yazılan cərimələr silinəcək. Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Baş nazir bəyan edib ki, sərt pandemiya qadağaları dövründə qaydaların pozulması səbəbindən inzibati və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərə aid iki qanun layihəsi artıq parlamentə təqdim edilib. Gürcüstan hökumətinin başçısı qeyd edib ki, sözügedən təşəbbüsdən 245 min vətəndaş, habelə 344 hüquqi şəxs yararlana biləcək. İ.Qarabişvili həmçinin əlavə edib ki, əfv ödənilməmiş cərimələri əhatə edir.

“Əfv olunan cərimələrin ümumi məbləği 76 milyon lari (41 milyon manat) təşkil edəcək”, – Gürcüstanın Baş naziri vurğulayıb.

Azərbaycanda isə, cərimələrin bağışlanması praktikası yoxdur. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button