Gürcüstanda LGBT əleyhinə qanun parlamentin 4 komitəsi tərəfindən dəstəklənib

Yayımlandı: 20 İyun 2024 13:15

Qanun layihəsi birinci oxunuşda müzakirə olunub

İyunun 20-də Gürcüstan parlamentinin aparıcı Hüquq məsələləri komitəsində LGBT hüquqlarını məhdudlaşdıran “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsi 1-ci oxunuşda müzakirəyə çıxarılıb.

Parlamentin 4 komitəsi LGBT əleyhinə qanunu dəstəkləyib.

İyunun 4-də parlamentin spikeri Şalva Papuaşvili “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” LGBT hüquqlarını məhdudlaşdıran qanun paketini təqdim edib. Belə ki, hakim “Gürcüstan Arzusu” Partiyası LGBTQ+ icmasına qarşı qanunvericiliyə dəyişikliklər paketi – 19 qanun layihəsi təşəbbüsü ilə çıxış edib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili qeyd edib ki, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” yeni qanunlar paketi nikah, övladlığa götürmə, keçid prosedurları ilə bağlı səkkiz əsas məsələni, həmçinin təhsil və mediada LGBTQ+ məzmununun qadağan edilməsini tənzimləyəcək.

Xüsusilə, “eynicinsli nikahların və ya qohumluq əlaqələrinin populyarlaşdırılmasına” yönəlmiş toplantı və nümayişlərin qadağan edilməsi planlaşdırılır.

Bundan başqa, yeni qanunlar özəl və dövlət müəssisələrində əmək münasibətlərinə də aid olacaq. Əmək müqavilələrində bioloji cinsin icbari göstərilməsini nəzərdə tutacaq. Həmçinin keçid əməliyyatı və hormon terapiyası da daxil olmaqla “digər tibbi prosedurlar” qadağan ediləcək.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, kinoteatrlarda və televiziya proqramlarında intim LGBTQ+ səhnələri də qadağan ediləcək.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button