Gürcüstanda yüz minlərlə insan futbol yığmasının qələbəsini qeyd edib

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

Gürcüstanın Tbilisi, Kutaisi, Batumi, Zuqdidi və digər şəhərlərində yüz minlərlə azarkeş futbol üzrə yığma komandalarının Avropa çempionatının favoritlərindən sayılan Portuqaliya üzərində 2:0 hesabı ilə gözlənilməz qələbəsini bütün gecə bayram edib.

Gürcüstan millisi tarixdə ilk dəfə futbol üzrə Avropa çempionatına yüksəlib.

Artıq qrup mərhələsini keçib Avropa çempionatının 1/8 finalına çıxmaqla – Gürcüstan komandası turnirin başqa bir favoriti sayılan İspaniya millisi ilə qarşılaşacaq – “futbol Gürcüstanı” 1981-ci ildən bu yana ən böyük uğura imza atıb. O vaxt baş məşqçi Nodar Axalkatsinin başçılığı ilə David Kipiani, Aleksandr Çivadze, Vladimir Qutsayev, Vitali Daraseliya və Gürcüstan futbolunun “qızıl qalaktika”sına aid edilən digər təmsilçilərindən ibarət Tbilisi “Dinamo”su “Carl Zeiss” klubuna 2:1 hesabı qalib gələrək Avropa Kubokları Kubokunu qazanıb.

Həmin gecə də yüz minlərlə azarkeş Gürcüstan futbolunun Avropa ambisiyalarının əsasını qoyan tarixi qələbəni qeyd etmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button