Gürcüstandakı QHT nümayəndələri Əfqan Sadıqovun vəziyyətinin pisləşdiyini bildirir

Yayımlandı: 3 Oktyabr 2024 18:57

Jurnalistin aclıq aksiyası səbəbindən sağlıq problemi yaşadığı açıqlanıb

 Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Sadıqovun səhhətinin pisləşdiyi bildirilir. Buna Sadıqovun aclıq aksiyası keçirməsi səbəb olub.

Oktyabrın 2-də və 3-də Gürcüstanın QHT nümayəndələri Əfqan Sadıqovla 8 saylı cəzaçəkmə müəssisəsində görüşüblər.

Bu barədə “Georgia Rights” qeyri-hökumət təşkilatı məlumat yayıb.

QHT nümayəndələri Əfqan Sadıqovun səhhətinin daha da pisləşməsinin qarşısını almaq üçün onun müalicə müəssisəsinə köçürülməsi xahişi ilə cəzaçəkmə müəssisəsinə müraciət ediblər.

“Gürcüstanın ictimai müdafiəçisi Əfqan Sadıqovun səhhətinin vəziyyəti ilə bağlı məlumatlandırılıb”, – təşkilatın məlumatında deyilir.

Əfqan Sadıqovun sentyabrın 21-dən aclıq aksiyası keçirdiyi deyilir və bununla Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin ona Gürcüstanda sığınacaq verilməsindən imtina qərarına etiraz edir.

Azərbaycanlı jurnalist  avqustun 3-də Tbilisidə saxlanılıb. Daxili İşlər Nazirliyi Sadıqovun hədə-qorxu ilə pul tələb etməsinə görə Azərbaycan tərəfindən axtarışda olduğunu bildirib. Əfqan Sadıqovun ailə üzvləri onun həbsini İlham Əliyev hökumətinin siyasi təqibi ilə əlaqələndirir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button