Gürcüstanın Energetika naziri Bakıya gəlir

Gürcüstanın Energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana səfər edəcək. Bu barədə Trend IPN agentliyinə istinadən məlumat verir.

K.Kaladzenin sözlərinə görə, səfəri çərçivəsində SOCAR-ın nümayəndələri, eləcə də konsorsium rəhbərliyi ilə görüşəcək:

“Biz “Şahdəniz”dən əlavə həcmlər ala bilmək üçün fəal işləyirik. Çox nikbinik və düşünürük ki, müəyyən razılaşma əldə edəcəyik. Bundan sonra bizdə “Qazprom”la danışıqları necə başa çatdırmaqla bağlı təsəvvür yaranacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button