Rubrikalar: GÜNDƏM İQTİSADİYYAT XuralTAC

Həbsdəki bankir Günay Bank-ın rəhbərliyini Twitter-dən hədələyir

Azərbaycanın bank tarixində ən irimiqyaslı fırıldaqlardan birini həyata keçirmiş və on milyonlarla dolları mənimsəmiş Emin Zeynalov saxlanıldığı istintaq təcridxanasında fəal bloqqerlik fəaliyyətini davam etdirir. Virtualaz.org xəbər verir ki, o az qala hər həftə Facebook-da statuslar paylaşırdı. İndi isə Тwitter-ə üstünlük verir.

“Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun təcridxanada smartfondan necə istifadə etdiyi qaranlıq qalır. Çünki qanunlara görə ona internetdən, telefondan istifadə etmək qadağandır. Xüsusən də Emin Zeynalov kimi irimiqyaslı bank fırıldağı həyata keçirmiş birinin əlində smarfon daha təhlükəlidir-o, şahidlərə təsir göstərə, məhkəmə istintaqını əngəlləyə bilər.

Doğrudur, Emin Zeynalovun sosial şəbəkə akkauntlarını şəxsən idarə etdiyinə dair birbaşa sübut yoxdur, iddia oluna bilər ki, həmin hesabları onun adından vəkili idarə edir. Lakin burada da qanun pozuntusu var. Emin Zeynalov hər gün sosial şəbəkələr üzərindən bankın keçmiş əməkdaşlarını və onun əməllərindən zərər çəkənləri şantaj edir.

Bundan əvvəl Zeynalov “Günay Bank”ın rəhbərinə məktub göndərərək bağışlanmasını xahiş etmişdi. Görünür cavab almayanda şantaja əl atmağa başlayıb. Belə ki, istintaq zamanı 19 zərərçəkəndən heç birinin banka yatırdığı iri məbləğdə pullara görə heç bir sənəd almadıqları üzə çıxmışdı. Görünür Emin Zeynalov şantaja əl ataraq bu işi təkbaşına etmədiyini və bank rəhbərinin də fırıldaqdan xəbəri olduğunu çatdırmaq istəyir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”

İlham İsmayıl   "Əgər martın 31-də Azərbaycan Ordusu separatçıların seçki gününü, Bakı soyqırımının ildönümü gününü ermənilərə rahat gün kimi bağışlayacaqsa..."…

26 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycan və Türkiyə prezidentlərindən birgə bəyanatlar-TAM MƏTN

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Strateq.az xəbər verir…

25 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Namizəddən Məzahir Pənahova: “Bundan sonra ayağınız Zaqatalaya düşsə, qovacağam”

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsi üzrə namizəd Nurlana Cəlillə MSK sədri Məzahir…

25 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

AXP və “Ədalət”in namizədləri 2 məntəqədə səsləri etibarsız etdilər

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Sərdar Cəlaloğlu 4 məntəqədə seçkinin nəticələrini ləğv etdirdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsindən  qeydiyyata alınmış namizəd…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Nigar Arpadarai ilə rektorun lider olduğu dairələrlə bağlı daha bir qərar verildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən…

24 Fevral 2020
Xural.COM