Rubrikalar: GÜNDƏM XuralTAC

Həbsdəki hüquqşünas aclığa başlayıb

Avqustun 7-də Əliabbas Rüstəmovun şikayətinə Ali Məhkəmədə baxılacaq

Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı hüquqşünas Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsində iyulun 25-dən aclığa başlayıb.

Bu haqda məlumatı Əliabbas Rüstəmov özü telefonla jurnalistlər Şahvələd Çobanoğlu və Vidadi Məmmədova bildirib. Vəkillərinin yanına gələ bilməməsinə görə Əliabbas Rüstəmov aclıq aksiyasını yalnız indi ictimailəşdirə bilib.

Əliabbas Rüstəmov qanunsuz həbs edildiyini və girov saxlanıldığını söyləyib. Həbs olunanadək Vəkillər Kollegiyasının üzvü olan Ə.Rüstəmov ona qarşı açılan cinayət işinin saxta olmasını sübut edən sənədlərin olduğunu deyir.

Bu ilin mart ayında cəzasının 2/3-dən çox hissəsinin keçməsi ilə əlaqədar olaraq azad edilməsi ilə bağlı şikayəti təmin edilməyib.

Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsinin keçmiş rəhbərliyinin onun barəsində saxta sənəd tərtib etdiyini deyib. Həmin sənədə görə Ədliyyə Nazirliyi yanında ictimai komissiya onun vaxtından əvvəl azad olunmaması barədə rəy verib. Ə.Rüstəmovun vəkili Cavad Cavadlı məhkəməyə bildirib ki, komissiya məhbusun özü ilə görüşmədən belə rəy verə bilməz. Məhkəmədən sonra komissiyanın üzvü Səadət Bənanyarlı Meydan TV-yə bildirib ki, həqiqətən də, onlar heç vaxt Əliabbas Rüstəmovun məsələsinə baxmayıblar və deyilən rəyi verməyiblər.

Avqustun 7-də eyni şikayətə Ali Məhkəmədə baxılacaq. Əliabbas Rüstəmov saxtakarlığa son qoyulmasını və azadlığa buraxılmasını tələb edir. Ə.Rüstəmov yerli və beynəlxalq hüquq müdafiəçilərini, Azərbaycan ictimaiyyətini onun məsələsini diqqətdə saxlamağa çağırıb.

Ə.Rüstəmovun digər vəkili Elçin Sadıqov iyulun 30-da onunla görüşə gedəcəyinə bildirib. Vəkil Ə.Rüstəmovun aclıq aksiyası keçirməsindən xəbərsiz olduğunu bildirib.

Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.

İttiham aktına görə, “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb. Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir. Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.

Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Jurnalist evləri niyə satılır? Elçin Quliyev DSX-ni niyə dağıdır?”-VİDEO

29 may 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

30 May 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Sərdar Cəlaloğlu “Siyasət meydanı”nda: “Oğlanlarına 4.2 milyon dollara mənzil alması nazirin şəxsi həyatı ola bilərmi?”-VİDEO

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 29 may 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural…

29 May 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı və Zaur Qərtiboğlu “Siyasət meydanı”nda: “Elmar Məmmədyarov kimlərin havasını oynayır?..”-VİDEO

"Siyasət meydanı"nın aparıcısı Əvəz Zeynallı Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu ilə ölkə gündəmini zəbt edən məsələlərə, o cümlədən Xarici İşlər…

28 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Vahid Qazi yazır: Vəzirovun tamamlanmış yarımçıq portreti”

“Parterin ilk sıralarında” memuarı əsasında Bir dəfə Azərbaycan Cümhuriyyəti haqda bir essedə yazmışdım ki, 23 cümhuriyyət ayı tariximizin “qara dəliyi”di.…

27 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də hədəfdə Əvəz Zeynallı!-VİDEO

Reaksiya TV-nin efirində növbədənkənar canlı yayın oldu və Əvəz Zeynallıya qarşı "Frenk Elkaponi" ləqəbli Fizuli Məmmədovun adamları tərəfindən ölüm təhdidi…

24 May 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

“İmamzada” 200 gəncəli ailəyə Ramazan yardımı göndərdi-FOTOLAR

"Müqəddəs Ramazan ayının son günündə Gəncə şəhərində yerləşən tarixi "İmamzada" kompleksi tərəfindən şəhərin yardıma ehtiyac hiss olunan 200 ailəsinə Ramazan…

24 May 2020
Xural.COM