Həbsdəki jurnalistə yeni ittiham: ölümlə hədələmə

Dövlətə xəyanətdə suçlanaraq həbs olunan xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanova daha bir ittiham verilib. Bunu AzadlıqRadiosuna jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib. Onun sözlərinə görə, P.Aslanov indi CM-in 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı, həm də 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsiylə ittiham olunur.

G.Aslanova deyir ki, yeni ittihamda P.Aslanovun saytlardan birinin əməkdaşını hədələdiyi iddia olunur. Xanımının dediyinə görə, həmin şəxsin kimliyi də məlumdur, sadəcə, istintaq davam etdiyinə görə açıqlamır.

«Polad Aslanov haqqında həbs-qətimkan tədbiri seçiləndə o adam guya bizə dəstək məqsədilə Səbail Rayon Məhkəməsinin qarşısına gəlmişdi. Poladın həbsindən sonra xəbər bilmək, dərdimizə şərik olmaq üçün anası üç dəfə bizə gəldi. Əgər Polad ölümlə hədələmişdisə, niyə bunları eləyirdiniz? Əgər belə bir hal olmuşdusa, niyə həmin vaxt şikayət eləməmişdi?», – G.Aslanovanın sözləridir.

Jurnalistə qarşı yeni ittiham irəli sürüldüyünü P.Aslanovun vəkillərindən biri də AzadlıqRadiosuna təsdiqləyib. Lakin müdafiəçi ittihamın mahiyyəti barədə danışmaq istəməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button