Rubrikalar: GÜNDƏM MƏTBUAT XuralTAC

Həbsdəki jurnalist: “DTX-da məni həyat yoldaşım və qızımla təhdid etdilər”

“O necə sirdir ki, Dəyanət Babayev ondan xəbərdar ola bilər, amma mənim ailə üzvlərim yox?”

Dövlətə xəyanət ittihamıyla həbs olunan jurnalist, “xeberman.com” saytının təsisçisi və baş redaktoru Polad Aslanov fevralın 17-də məhkəmədə ifadə verib. O bildirib ki, dövlətə xəyanət ittihamı saxtadır, heç bir əsası yoxdur.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə keçirilən prosesdə çıxış edən P.Aslanov deyib ki, onun həbsinin gerçək səbəbi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Məşhəd, Kərbəla ziyarətlərinə zəvvarları aparan şirkətlərdən rüşvət alması barədə yazılarıdır. Jurnalistin sözlərinə görə, öncə onu ələ almaq, əməkdaşlığa cəlb eləmək istəyiblər. Bu, alınmayanda heç bir qanuni əsas olmadan, əlində sülh dövründə xidmətə yararsız olması barədə hərbi bileti ola-ola hərbi xidmətə aparıb, orada əziyyət veriblər. Hərbi xidmətdən qayıdandan sonra yenə də tənqidlərindən geri çəkilmədiyini görüb həbs ediblər.

P.Aslanov İranın xarici xüsusi xidmət orqanlarıyla gizli əməkdaşlıqda, pul müqabilində onlara sirr sayılan məlumatları ötürməkdə ittiham olunur. O bildirib ki, yalandır, heç kimlə gizli əməkdaşlıq etməyib. Jurnalistin sözlərinə görə, Bakıda xeyriyyə işilə məşğul olan dini təşkilat onu və başqa bir media nümayəndəsini İrana konfransa göndərib. Onlara 100 manat yolpulu verilib. P.Aslanov vurğulayıb ki, bundan başqa heç kimdən pul almayıb.

P.Aslanov onu da bildirib ki, hələ Eldar Mahmudov nazir olduğu dövrdə də onu MTN-ə çağırıb hədələyiblər. Onun sözlərinə görə, daha bir neçə həmkarı ilə birlikdə internet televiziyası yaradıblar. O zaman onu MTN-in Binəqədi şöbəsinə çağırıb, öncə 15 min manat pul tələb ediblər, daha sonra 5 min manata düşüblər. P.Aslanov deyib ki, o dövrdə MTN-in Antiterror Mərkəzinin rəis müavini olan, 2015-ci ilin dekabrında – həbsindən iki ay sonra təcridxanada intihar edən polkovnik İlqar Əliyev də onu hədələyib. Sonradan işlədiyi yerlərdən məhz MTN-in təzyiqilə çıxarılıb:

“Bütün bunları siz də bilirsiniz, Faiq müəllim. Çünki o vaxt siz də bu işlərin içində idiniz…”

P.Aslanovun işinə baxan Faiq Qəniyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmamışdan öncə MTN-də müstəntiq, xüsusilə mühüm işlər üzrə müstəntiq, İstintaq İdarəsinin şöbə rəisinin müavini kimi vəzifələrdə işləyib.

P.Aslanov bildirib ki, həbs olunan gün DTX-da onu həyat yoldaşı və qızıyla təhdid edib, öz əleyhinə olan ifadəyə imza atdırıblar.

O, məhkəməsinin qapalı keçirilməsinə də etiraz edib. P.Aslanov dövlətə xəyanətdən əlavə, həm də Cinayət Məcəlləsinin 134-cü maddəsilə – Dəyanət Babayev adlı fəalı ölümlə hədələməkdə ittiham olunur. D.Babayev bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Bundan əvvəlki məhkəmə iclası qapalı keçirilib:

“Dövlət sirrini bəhanə gətirib, adamları məhkəmə iclasına buraxmırsız. O necə sirdir ki, Dəyanət Babayev ondan xəbərdar ola bilər, amma mənim ailə üzvlərim yox?”

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274 və 134-cü maddələrilə ittiham olunur.

Paylaş:

This post was last modified on 18 Fevral 2020 2:53 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha 63 nəfər koronavirus infeksiyasına yoluxub

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti…

6 Aprel 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə çatıb

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 73 nəfər ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə…

6 Aprel 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Koronavirusa qarşı ən ümidverici vaksin hazırdır, amma…

"The Independent" qəzeti yazır ki, ABŞ alimləri COVID-19 virusuna qarşı mübarizədə səmərəli ola biləcək yeni vaksin üzərində işləyirlər. Ekspert rəylərinə…

6 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Fəzail Ağamalını Türkiyədə soydular: həbs edildi…

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə insidentlə üzləşib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri yazıb.…

5 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda 2 nəfər koronavirusdan vəfat etdi

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib. Xural.com Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahına istinadən məlumat verir…

5 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Jurnalistlər şəxsi avtomobillərindən istifadə edə bilərlər, ancaq şəxsi məqsədləri üçün yox…

Koronovirusla bağlı ölkədə tətbiq olunan xüsusi karantin rejimində hərəkətinə icazə verilən kateqoriyalardan biri də Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarıdır. Hazırda KİV…

5 Aprel 2020
Xural.COM