Həcc ziyarəti bu il də bahalaşıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün qiymətləri açıqlayıb.

İdarənin yaydığı məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 min 850 ABŞ dolları təşkil edir: “Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək”.

Bu, 2023-cü ildə Həcc ziyarəti qiyməti ilə müqayisədə 100 dolar çoxdur. Ötən il bir nəfərlik ziyarət paketinin qiyməti 5 min 750 dollar təşkil edirdi.

Ümumiyyətlə, son beş ildə ziyarətin qiyməti 1 min 300 dollardan çox artıb.

Koronavirus pandemiyası səbəbindən 2020-2021-ci illərdə Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button