Rubrikalar: CƏMİYYƏT XuralTAC

Həkim-dermatoloq: “Sızanaqları müalicə etmək artıq asanlaşıb…”

Əsasən sızanaq kimi tanıdığımız Acne Vulgaris yeniyetmələr və gənclər arasında ən çox rast gəlinən dəri problemlərindən biridir. Sizanaqlar  (Acne Vulgaris) dərimizdə yerləşən piy vəzilərinin xəstəliyidir. Adətən sızanaqlar dərinin piy vəziləri ilə zənngin olan yerlərində (üzdə, kürəkdə, sinədə) yaranırlar, ağ və qara nöqtələr, irinli, qırmızı iltihabi səpgilər şəklində təzahür edirlər. Çox vaxt yara şəklində dəridə iz buraxan vu ağır dəri xəstəliyinin müalicəsi varmı? Bu sualla Türkiyə Cumhuriyyəti Ege Universitetində – ESTE-SU Academy of Aesthetic Medicine –ni “Medikal estetik Alanında Dermal Dolğu Uyğulamalarının Teorik və Pratik Eğitimini başarı ilə tamamlayan”, Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika bölməsini, eləcə də Dəri Zöhrəvi Dispanserində rezidentura təhsilini yüksək göstəricilərlə başa vuran, hazırda 3 saylı Dəri-Zöhrəvi dispanserində və “Salutem” Dermatoloji klinikasında çalışan həkim-dermatoloq Aysel Əliyevaya ünvanladıq.

  • Qeyd etdiyimiz kimi Acne Vulgaris xəstəliyi psixo-sosial bir problem olduğu üçün gənclərimiz bu problemdən həm psixi cəhətdən, həm fiziki cəhətdən əziyyət çəkirlər. Buradan valideynlərə, həmçinin gənclərin özlərinə demək istəyirəm ki, bu problemə görə heç bir narahatçılıq çəkməyə ehtiyac yoxdur. Sadəcə vaxt itirmədən düzgün istiqamət götürməli, düzgün həkim taparaq, düzgün müalicə təyin olunaraq həmin müalicəyə əməl eləyərək, xəstəlikdən tam azad olmaq mümkndür. Yəni Sızanaqları müalicə etmək artıq asanlaşıb.
  • Ümumiyyətlə, Acne Vulgaris xəstəliyilə bağlı məlumat verərsinizmi?
  • Hal-hazırda Acne Vulgaris xəstəliyi ölkəmizdə gənclər və yeniyetmələr arasında ən aktual problemdir. Demək olar ki, 100/85-90 faiz yeniyetmə və gənclərimiz bu xəstəlikdən əziyyət çəkirlər. Xəstəliklə bağlı nə qədər maarifləndirilmə işləri parılsa da, hələ də insanların təfəkküründə sağalmayan və yaxud da daxili orqanlarla bağlı problemlərdən – gənə, qurd və s. –dən qaynaqlandığı xəstəlik kimi qəbul edilir. Halbuki Acne Vulgaris xəstəliyi nə daxili – gənə, qurd və s. kimi problemlərlə əlaqəli xəstəlik deyildir. Yəni xəstəlik fakt olaraq həm genetik, həm fiziki faktorlara, həm də dərinin yağlılıq faktoruna əsasən ortaya çıxan bir xəstəlikdir. Eyni zamanda bu xəstəlik tam olaraq müalicə olunan, müəyyən protokollar üzrə müalicəsi təyin olunan, sağalan bir xəstəlikdir.
  • Xəstəliyin yaranma səbəbləri necədir?
  • Bir daha təkrar edirəm ki, burada həm genetik faktor vardır, yəni ananın və yaxud atanın genetikasında belə bir xəstəlik varsa, ondan övlada ötürülür. Hətta bu belə olmadıqda dərinin yağlılıq problemindən Acne Vulgaris-un yaranma ehtimalı artır. Dəridə tük follikullarının dibinə açılan piy vəziləri vardır və bu piy vəzilərinin piy-yağ ifrazının və bu yağ ifrazının artması nəticəsində dəridəki məsamələrin dolması və bura qoşulan propenium-bakterium acne və ya digər bakteriyaların təsiri nəticəsində iltihablaşma kimi proseslərin yaranması səbəb olur.  Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir. Tük follikulunun soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artıq olur. Adətən, yağlı dərisi olan insanlarda sızanaqlara daha tez-tez təsadüf edilir. Son nəticədə gördüyünüz kimi bir sıra iltihabi xəstəliklər, görüntülər meydana çıxır.  Bunu da həm daxilə, həm də xaricə təyin olunmuş dərman vasitələrindən, həm də müəyyən prosedurlar nəticəsində aradan qaldırmaq mümkün olur.
  • Siz dediniz ki, həm daxili və həm də xarici müalicə vasitələrindən istifadə etməklə bu problemi tam aradan qaldırmaq mümkündür. Xarici müalicə vasitələri dedikdə nəyi nəzərdə tutursunuz?
  • Müxtəlif vasitələr mövcuddur. Bunlardan biri də mikrodermabraziya prosedurudur. Bu prosedur vasitəsilə dərinin üst qatında olan ölü hüceyrələri götürərək, məsamələri  açmaq mümkündür. Bu da piy ifrazı rahatlıqla bağ verir. Prosedur həm Acne xəstəliklərində, həm dərinin cavanlaşmasında, dəridə yaşlanma prosesinin aradan qaldırılmasında, hiperpiqmentasiyanın aradan qaldırılmasında, dərinin donuq və solğun rənginin bərpa olunmasında – üz dərisinin istənilən hissəsində monoton rəngin alınmasında istifadə olunur.
  • Çox zaman insanların sosial durumları belə müayinə və müalicələrin aparılmasına imkan vermir…
  • Bilirsinizmi, insanlar çox vaxt itirdikləri əsas məsələləri unudaraq, bunu maddi problemlərlə əlaqələndirirlər. Halbuki, Acne xəstəliyinin müalicəsi düşünüldüyü kimi də baha deyildir. Sadəcə bunun üçün böyük istək və həkimin təyin etdiyi müalicə və prosedurları vaxtında yerinə yetirmək lazımdır. Nəticəsi isə heç bir maddiyyata bağlı olmayan könül rahatlığıdır.
  • O zaman belə problemləri olan yeniyetmə və gənclərimiz rahatlıqla həkimə müraciət edə bilərlər…
  • Əlbəttə. Valideynlər övladlarına görə çox narahat olmalıdırlar. Çünki üz dərisində yağlı sızanaqların yaranması və yara şəklinə düşməsi – xəstəliyin getdikcə ağırlaşması övladlarında həm də daxili kompleksin yaranmasına, psixoloji sıxıntılara səbəb olur. Onlar istədikləri həyatı yaşamağa layiq olmadıqlarını düşünürlər. Ona görə də müsahibənin əvvəlində bu xəstəliyin həm də psixoloji xəstəliklərin yaranmasına səbəb olmasına işarə etdim.

Həkim-dermatoloq Aysel Əliyeva ilə əlaqə saxlamaq üçün (050) 975 79 45 mobil nömrəsinə zəng vura bilərsiniz.

Link: https://www.youtube.com/watch?v=M7N7Dl0pEi0

Facebook:https://www.facebook.com/Medical-TV-568372130302064/?modal=admin_todo_tour

Youtube: https://www.youtube.com/channel/UCaIW5-xSkEgsJJmYryfFgqA

Paylaş:

This post was last modified on 27 Yanvar 2019 2:29 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM