Hərəkat sədrinin saxlandığı deyilir

“D18 – Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədlinin sentyabrın 20-də saxlanıldığı bildirilir.

Hərəkatdan verilən məlumata görə, Ə.Məmmədlini Bakıda, İslam Səfərli küçəsində mülki geyimli şəxslər saxlayıb: “Əhməd Məmmədlini zorla maşına mindirərək naməlum istiqamətə aparıblar”.

Təşkilatdan hesab edirlər ki, bu, onun sosial şəbəkələrdə müharibə əleyhinə yazdığı paylaşımlarla bağlıdır.

Bu deyilənlərə rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Ötən həftə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button