Hərəkat üzvü saxlanıb

“D18 – Demokratiya 1918” Hərəkatının üzvü Orxan Zeynallı saxlanıb.

Hərəkatının sədri Əhməd Məmmədli bildirib ki, O.Zeynallı noyabrın 10-da axşam saatlarında evindən aparılıb: “Dünən, noyabrın 10-da Orxana zəng vurub Bakı Şəhər Baş Polis İdarəsinə və Nərimanov rayonu 18-ci polis bölməsinə çağırıblar. O, rəsmi bildiriş olmadan getməkdən imtina edib. Axşam isə onu mülki geyimli şəxslər evdən aparıblar”.

Ə.Məmmədlinin sözlərinə görə, buna səbəb fəalın Facebook-da yazdığı status olub: “Həmin statusda Orxan polisi tənqid etmişdi. Tənqid isə bir ay əvvəl oğurlanan velosipedi ilə bağlı olub. O, bununla bağlı polisə şikayət etsə də, şikayətə müxtəlif bəhanələrlə baxılmırdı”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev də “Turan”a bildirib ki, O.Zeynallı saxlanılıb, hazırda araşdırma aparılır. Amma araşdırmanın detalları açıqlanmayıb.

“D18 – Demokratiya 1918” Hərəkatının rəbəri Ə.Məmmədli də bundan bir qədər öncə inzibatı qaydada həbs edilmişdi. O, polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılırdı. Lakin o, ittihamı qəbul etmirdi. Müdafiə tərəfi onun həbsini sosial şəbəkələrdə tənqidi statusları ilə izah edirdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button