Hərbi hissə komandirinin müavini niyə həbs edilib?

Dünən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Qusar rayonundakı hərbi hissələrdən birinin komandir müavini həbs edilib. Məlumata görə, Müdafiə Nazirliyinin Qusarda yerləşən “N” saylı hərbi hissəsi komandirinin şəxsi heyətlə iş üzrə müavini, mayor Yusif İsmayıl oğlu Nadirov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin hökmü ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, sonradan apardığımız araşdırmalar zamanı məlum olub ki, həbs edilən komandir müavini əslində şəxsi heyətlə kobud davranışlarına görə deyil, daha ağır cinayətlərdə günahlandırılır. Mənbə iddia edir ki, bu yaxınlarda ölkənin şimal rayonlarında keçirilən «Sərhəd sipər» əməliyyatları zamanı mayor Yusif Nadirovun sərhədi qanunsuz olaraq keçənlərlə əlaqələri ortaya çıxıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının istintaq tədbirləri davam etdiyindən, məlumat həbs baş verənə qədər açıqlanmayıb.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button