“Hərbi qüvvələrin Azərbaycana göndərilməsi Türkiyənin daxili işidir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbi qüvvə göndərməsi ilə bağlı təşəbbüsünü Ankaranın daxili işi adlandırıb.

Xatıqladaq ki, Anadolu agentliyi Türkiyə Prezidenti Tayyib Ərdoğanın türk hərbi qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı qətnamə layihəsinin respublika parlamentinə göndərildiyini bildirmişdi.

“Bu, Türkiyənin daxili işidir”, – deyən Peskovun sözlərinə görə, Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq və oraya türk hərbçiləri göndərilməlidir.

Bundan əlavə, mətbuat katibi monitorinq mərkəzinin yaradılmasının Rusiya ilə Türkiyə arasındakı ikitərəfli razılaşmanın “məhsulu” olduğunu söyləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button