
Həsən Kərimovun vəziyyəti yenidən pisləşdi
13.05.2011
AXCP Ali Məclisinin sədri Həsən Kərimovun ötən vəziyyəti yenidən kritikləşib. Türkiyədə ürəyindən əməliyyatdan yenicə qayıdan Həsən Kərimov dünən evində kəskin ürək sancıları keçirib. Şəxsi həkiminin tövsiyə edib ki, onun yenidən Türkiyədə müalicəsini davam etdirməsinə zərurət yaranıb. AXCP Ali Məclisinin sədri uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir. Onun səhhəti aprelin 2-də kritik həddə çatıb. İctimai Palatanın həmin günə təyin etdiyi mitinq başa çatandan sonra Həsən Kərimov AXCP Rəyasət Heyətinin üzvü Rövşən Quliyevlə Səbayel Polis İdarəsinə aparılıb və polislərin qaba davranışı nəticəsində səhhəti pisləşib. Dərhal xəstəxanaya yerləşdirilən AXCP yetkilisi aprelin 5-də evə buraxılıb və aprelin 14-də əməliyyat olunmaq üçün Türkiyəyə gedib. Aprelin 21-də orda əməliyyat olunub.