Həsən Şirinov Heydər Əliyevə şeir yazdı…

həsən şirinovGeneralın şeirləri

“Qafqazinfo” portalı polis general-mayoru, uzun illər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi işləmiş, hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini olan, eyni zamanda vaxtilə mərhum prezident Heydər Əliyevin, hazırda isə dövlət başçısı İlham Əliyevin kortejini müşayiət edən Həsən Şirinovun yaradıcılıq nümunələrini əldə edib. Həsən Kamiloğlu imzası ilə yazan polis generalının yaradıcılığının böyük bir hissəsi Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarətdir. Biz onun müxtəlif illərdə yazdığı şeirlərini Oxuculara təqdim edirik.

Qalx ayağa, müsəlman!

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Əsrlər boyu yatdın,
Qardaşına daş atdın!..
Birlik nədir bilmədin!,
Düşmənini yaşatdın!..

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Müsəlmanlar hardadır,
Orda da, qalmaqaldır.
Öldürən də, ölən də,
Ancaq müsəlmanlardır.

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Sünni, şiə sözündən,
Faydalandı hər düşmən!..
Qırğın saldı araya!
Bizi saldı bəlaya!

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Sünni də mən, şiə də-
Çaşmayın siz nə badə!
Doğma qardaşlıq edin,
Düşmən üstünə gedin!

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Uydun fitnə-fəsada,
Bel bağladın sən yada!
Öz-özünü məhv etdin!..
Gücsüz qaldın dünyada!..

Bəsdir yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşmənə aman!

Nəsihət

• Oğlum, əməlinlə şərəfi qoru,
• Ki, sən ol ən təmiz, sudan da duru!
• Gecə-gündüz çalış hər elmi ara,
• Xalqının xeyrinə, şərinə yara!
• Ulu Heydər yolu məqsədin olsun!..
• Dühası, zəkası məbədin olsun!
• Elə şəxsiyyətlər az-az yetişər
• Ki, onun üzündən gül açsın bəşər.
• Odur alçalmadan yüksəyə qalxan.
• Haqsızlıq önündə yenilməz qalxan.
• Kişilik rəmzidir, xalqın nəqşidir,
• Qurtuluş yolunda Tanrı bəxşidir.
• Alçala-alçala yaşamaqdansa
• Ucala-ucala ölmək yaxşıdır.
• Vətən oğlu ikən ehtiyatlı ol!
• Hamıya xoş gəlməz tutduğun bu yol!
• Səbəb o deyil ki, sən incidəsən-
• Kimisə özünə düşmən edəsən!..
• Paxıl ikrah edər şan-şöhrətindən,
• Düşmənin kəsilər küdurətindən!
• İstəsən səninçün düşmən yox olsun!
• İnsanlar içində dostun çox olsun…
• Sən haqqı nahaqqa qurban eyləmə!
• Heç zaman, heç kəsə nahaq söyləmə!
• Mən, düzəm, təmizəm, sözünü belə!
• Dilinə gətirib car çəkmə elə!
• Bil ki, bu həyatda çoxdu namərdlər,
• Nəinki mərdliyi, düzü sevənlər.
• Çünki bu təmizlik qarşısında hər,
• Riyakar necə var, elə görünər!
• Odur ki, əyrilər düzdən çəkinər,
• Hər kəsin onun tək olmağın istər…
• Cəhənnəmə gedən vicdanın danar!
• Özünə həmişə yoldaş axtarar…
• Çalış ki, zahirən onlar tək görün,
• “Palaza bürünüb el ilə sürün”!
• Ki, səndən naqislər qorxub, hürkməsin,
• Səni təmiz görüb pislik etməsin!..
• Onda, bil, namərdlər düşmənin olmaz-
• Əkdiyin gül-çiçək baharda solmaz!
• Həsən insanlığın qeydinə qaldı,
• Həyatda gördüyün qələmə aldı…
• Ki, fani dünyada hər kəs özünü
• Görüb, ibrət etsin, tutsun düzünü!..

Haqqına yaz

Əsər yazan, şer yazan
Hər nə yazdın, haqqına yaz!
Düzü düz əyrini əyri
Hər şeyi öz adına yaz!
Həyatda hər bir etdiyin
Səhvi öz vicdanına yaz!…
Və bil ki, vicdan dediyin
Hər insanın iç üzüdür
Hamını olduğu kimi
Göstərən saf güzgüsüdür!
Odur ki, sən günahını
Olarsa, öz adına yaz,
Ulu Tanrıdan çəkinib
Hər şeyi düz haqqına yaz!
Yazanda da xalqı sevən
Şəxsiyyət ünvanına yaz!
Heydər kimi bir dahinin
Şöhrətinə şanına yaz!
Yaratdığı xariqələr,
Qəhrəmanlıq adına yaz!
Qazandığı müstəqilllik,
Azadlıq dövranına yaz!
Ölkəmizdə hökm sürən
Xoşbəxtlik məqamına yaz!
Milləti millət edənin
Zəhmətin öz adına yaz!
Ümumilli liderimiz-
Heydərin öz adına yaz!
Dahi Heydər öz xalqının-
Nəfəsi, qanı, canıdır!
Şərqi, qərbi, həm güneyi
Bütöv Azərbaycanıdır!

Vətənə eşq məhəbbəti
Xalqa sevgi sədaqəti
Milli birliyi, vəhdəti
Ondan öyrəndi millətim!

İgidliyi, ölməzliyi,
Haqq yolundan dönməzliyi,
əqidədə sönməzliyi,
ondan öyrəndi millətim!

Çətinliklə dəyanəti,
Haqq yolunda mətanəti,
Mübarizlik, səadəti,
Ondan öyrəndi millətim!

İnsanlıqda mərhəməti,
Düz söhbəti, məzəmməti,
Həyatda saf ülviyyəti,
Ondan öyrəndi milləim!

O varlığı, həqiqəti
Axı danmaq olmaz qəti!
Dərk edib məsuliyyəti
Hər şeyi öz adına yaz!

Gülürlər

Ay insanlar, bir zamana gəlibdir,
Qoşma qoşub, şer yazana gülürlər.
Əcnəbi dil şan-şöhrətə minibdir,
Doğma dildə danışana gülürlər.

Pul olubdur insanlığın ölçüsü,
Rüşvətxorlar, almayana gülürlər.
Dəllallardır zəmanənin “el gücü”,
Vətənsevər, mərd insana gülürlər.

Avropa donunda, qərb biçimində,
Millətdn uzaqlar xalq seçimində,
Adət-ənənəni elin içində,
Lağa qoyub, yaşadana gülürlər.

Demokratiya sözü özündən uzaq,
Əxlaq da düşübdür kökündən uzaq,
Həqiqətsə qalıb yetim, yalquzaq,
Adın çəkən hər insana gülürlər.

Həsən, insanları dərindən tanı,
Qoru millət adın, şərəfi, şanı!
İtirmə heç zaman abır-həyanı,
Gülənlərsə, öz zatına gülürlər.

Ayıq olun!

Düşünürəm öz-özümə
Bəlkə dünya xəstələnib?!
Cahan mülkü hərbə gedir,
Yoxsa göydən dərd ələnib?!

Dünya yaman çalxalanıb,..
Əhli bəşər parçalanıb,
Dini kökə arxalanıb,
Şər qüvvələr “kara” gəlib!

Gücsüz ölkələr nahaqdır,
Quzular yox, qurdlarr haqdır,
Terror da bir süni faktdir,
Bəşər əhli zara gəlib!..

Peyğəmbərimiz buyurub:
– Hamı Adəmdən doğulub,
Kim ki dinlərə fərq qoyub,
Bilin ki, o şərə gəlib.

Həsən deyir, ayıq olun!
Son kitaba layiq olun!
Heydərimə sadiq olun!
Onsuz bir gün qara gəlib!!!

Axtarır səni

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf edirəm

Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yanda axtarır səni.
– Xəyalım dolanır göylərə qalxır,
Göylərin qatında axtarır səni!
Ey ulu öndər!

Bu bir ayrılıqdır, sonu görünməz,
Sirli dünyamızdır, yolu bilinməz,
Ora gedən bir də geriyə dönməz,
Tanrı dərgahında axtarır səni!
Ey ulu öndər!

Xalqını çıxartdın ağ günə, demək,
Bəhərin dadmağa qoymadı fələk,
Dövlətə, xalqına İlhamdır gərək!
Onun timsalında axtarır səni!
Ey ulu öndər! 

Ha qaçım, çalışım ta sənə yetməm,
Sənsiz bu həyatda mən bir yetiməm,
Çətin ki, bir daha ürəkdən güləm,
Həsən bu halına axtarır səni!
Ey ulu öndər!

Əlaqəli məqalələr

103 şərh

  1. Heydər baba uşaqların vüqarı,
    Heydər baba gələcəyin nübarı.
    Heydər baba bizimlə var olacaqdır,
    Heydər baba həmişə yad olacaqdır.

    Sən elə bir qüvvəsən,
    Xalqın səninlə yaşar.
    Sən elə bir baharsan,
    Çiçəklər sənlə açar.

  2. HESEN MUELLIM BU SEHIFEDEKI BUTUN SEIRLERINIZI OXUDUM.O QEDER QELBE YATAN,REAL SOZLER YAZMISINIZ KI,SIZIN QELBINIZI BU SOZLERDEN OXUMAQ O QEDER DE CETIN OLMADI MENIM UCUN.ALLAH SIZE UZUN OMR VERSIN.

  3. Salamlar)) Heyder Eliyeve hesr olunan en gozel seir:———————–
    Haqqına yaz
    Əsər yazan, şer yazan
    Hər nə yazdın, haqqına yaz!
    Düzü düz əyrini əyri
    Hər şeyi öz adına yaz!
    Həyatda hər bir etdiyin
    Səhvi öz vicdanına yaz!…
    Və bil ki, vicdan dediyin
    Hər insanın iç üzüdür
    Hamını olduğu kimi
    Göstərən saf güzgüsüdür!
    Odur ki, sən günahını
    Olarsa, öz adına yaz,
    Ulu Tanrıdan çəkinib
    Hər şeyi düz haqqına yaz!
    Yazanda da xalqı sevən
    Şəxsiyyət ünvanına yaz!
    Heydər kimi bir dahinin
    Şöhrətinə şanına yaz!
    Yaratdığı xariqələr,
    Qəhrəmanlıq adına yaz!
    Qazandığı müstəqilllik,
    Azadlıq dövranına yaz!
    Ölkəmizdə hökm sürən
    Xoşbəxtlik məqamına yaz!
    Milləti millət edənin
    Zəhmətin öz adına yaz!
    Ümumilli liderimiz-
    Heydərin öz adına yaz!
    Dahi Heydər öz xalqının-
    Nəfəsi, qanı, canıdır!
    Şərqi, qərbi, həm güneyi
    Bütöv Azərbaycanıdır!
    Vətənə eşq məhəbbəti
    Xalqa sevgi sədaqəti
    Milli birliyi, vəhdəti
    Ondan öyrəndi millətim!
    İgidliyi, ölməzliyi,
    Haqq yolundan dönməzliyi,
    əqidədə sönməzliyi,
    ondan öyrəndi millətim!
    Çətinliklə dəyanəti,
    Haqq yolunda mətanəti,
    Mübarizlik, səadəti,
    Ondan öyrəndi millətim!
    İnsanlıqda mərhəməti,
    Düz söhbəti, məzəmməti,
    Həyatda saf ülviyyəti,
    Ondan öyrəndi milləim!
    O varlığı, həqiqəti
    Axı danmaq olmaz qəti!
    Dərk edib məsuliyyəti
    Hər şeyi öz adına yaz!

  4. Menasiz şeirlərdi vallah ! Bir misrasında bele,poetik anlam yoxdu,Bəsdi özünüzə rəy yazdınız, ayıbdır ! Bu şeirləri yazmaq üçün istedad lazım deyil,və göründüyü kimi heç yoxdur….

  5. heyder eliyev azerbaycanin qurucusu onu yraradan onu guclendiren onun ucun azerbaycani ucun canindan kecen bir dahi dogulub geldi dunyaya; naxcivanda doguldu 23 un mayinda gullu bahar feslinin en isiqli ayin da anasi izzzet xanim atasi elirza sukurler oxudular onlara ogul veren tanriya ilahiye bu bahara bu yaza ata ana ad qoyub adina heyder dedi bu heyatin barini derdikce hey der dedi:

  6. Həsən Şirinov mənim tanıdığım generalların sırasında Ümummilli Liderə ən sadiq olanlardan biridir.Mən onun yaradıcılığını diqqətlə oxudum və ümummilli Liderə məhəbbət dərsi aldım,baxmayaraq ki mən 1969-cu ildən Heydər Əliyevin qatı pərəstişkarıyam.Mənim də ona həsr olunan şer və məqaləl\ərim var,yenə yazıram.

  7. Axtarir seni.
    Ne muddetdir konlum yaman darixir,
    Gozlerim her yanda axtarir seni.
    -Xeyalim dolanir goylere qalxir,
    Goylerin qatinda axtarir seni!
    Ey ulu onder!

    Bu bir ayriliqdir,sonu gorunmez,
    Sirli dunyamizdir,yolu bilinmez,
    Ora geden bir daha geriye donmez,
    Tanri dergahinda axtarir seni!
    Ey ulu onder!

    Xalqini cixartin ağ gune, demek,
    Beherin dadmağa qoymadi felek,
    Dovlete,Xalqine İlhamdir gerek!
    Onun timsalinda axtarir seni!
    Ey ulu onder!

    Ha qaçim ,çalisim ta sene yetimem,
    Sen siz bu dunyada men bir yetimem,
    Çetinki bir daha urekden gulem,
    Hesen bu haline axtarir seni!
    Ey ulu onder!

    1. men kecen il 5 ci sinifde oxuyurdum mellim dediki heyder eliyev haqqinda seir tapib oyrenim men tez bura bas urdum ve asanliqala seir tapdim bu sayta minnettarligimi bildirirem tesekkur edirem ki bele saytlar acirsiz minnettaram ela seirlerdir men cox amama cox beyendim

  8. Menim 11 yasim var.Kecen il men 5-ci sinifde oxuyurdum onda muellim bizim sinife dediki Heyder Eliyevin ad gunu ucun seir lazimdir dedi.Men eve gelen kimi kompyuterin qarsisine kecib Heyder Eliyeve aid seirler yazdim ordan Hesen sirinov Heyder Eliyeve seir yazdiye girdim orada axtarir seni,ayiq olun,ve gulurler seirini oxudum ve cox xosuma geldi.Seirleri muellime gosterdim muellimin xosuna daha cox axtarir seni seiri xosuna geldi.Bizim sinifden 4 nefer axtarir seni seirini oyrendi amma biz o seiri oyrenene qeder Heyder Eliyevin 90 illiyi ucun tedbir kecirtmisdiler amma bizim sinifde hec kimde Heyder Eliyeve aid bir sey yox idi.Amma bu seir menim sinifim ve menim ucun Heyder Eliyevden bir yadigar qalmis oldu.

  9. oooooooooooooooooooooooooooooooooooofffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff ccccccccccccccccccccccccoxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ggggggggggggggggggggggggggggggggggggggggozeldirrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

  10. SALAM DOSTLAR MEN BU SEIRLERI COC BEYENDIM ….CUNKI,BU SEIR HEYDER ELIYEVINDIR. Menim bu seirlere baxma sebebim tedbire cixacam ona goredir.Size ugurlar arzulayiram.paka,,helelik,good bye ,sagol
    Heyder Eliyev co yaxsi insan olmusdur.O,nur icinde yatsin

  11. Heydər baba bizim üçün,
    Gör nələri etmisən!
    Dövlət üçün,xalq üçün,
    Gör nələri etmisən!
    Bakımızı qurtardın,
    Vətəndaş davasında.

    Ömrünün yarısını,
    Vətənə həsr etmisən.
    Bizə könül bağlayıb,
    Gör nələri etmisən!
    Uşaqları sevmisən.

  12. axirinci seyir gereksiz idi,kecmis prezidente yazilan,qalanlari sanki dini kelamlar ve mudrik nesihetler kitabiydi,sagolun,dogrusu hec bilmirdimki sizde seyir yazarsiz,bos oturmamisiz,hormetle…

  13. Hesen Sirinov yazdigi seirlerden basqa hemde AZERBAYCANIN igid oglu,oz vezifesini layiqi ile yerine yetiren,Ulu Onder Heyder Eliyevi ve xalqini cani qeder seven Azerbaycanin hormetli is adamidir.Biz HESEN SIRINOVla FEXR EDIRIK!YASASIN HESEN SIRINOV!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button