Həsənovla bağlı son xəbər: DTX işi ayırdı, vəkil təşəkkür etdi…

Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və DTX İstintaq İdarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində AzərbaycanRespublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilib.

Xural.com xəbər verir ki, bu barədə məlumatı sabiq səfir Eldar Həsənovun vəkili Adil İsmayılov yayıb.

O, müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığını bildirib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button