Rubrikalar: DÜNYA MƏTBUAT XuralTAC

Həyatı təhlükədə olan jurnalist Fuad Abbasov: “Bu, nə ilk təhdiddir, nə də son…”

Rusiyadakı məşhur jurnalist Fuad Abbasov danışdı: “Məqsəd ya məni ölkədən xaric etmək, ya da həbs etməkdir”

Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb. Son 2 ildə Türkiyə və Azərbaycanın müxtəlif problemlərinin Rusiyada qabardılması, ölkəmizin reputasiyasının artırılması istiqamətində çalışmaları məşhur jurnalistin həyatını təhlükəyə atıb.

Son proseslərdən olan “Azərbaycanlılarla çeçenlər arasında qalmaqal”da vasitəçilik edərək, sülhə nail olan jurnalist özünün hər an öldürülə biləcəyini bildirib.

Paylaşdığı son videonun fəaliyyətinin son materialı ola biləcəyini deyən jurnalist ermənilərin imza kampaniyası apardığını və özünün hər an həbs olunmaq təhlükəsi ilə üzləşdiyini deyib.

F.Abbasov musavat.com-a açıqlamasında bildirdi ki, bu, nə ilk təhdiddir, nə də son… Müsahibimiz 2015-2016-cı illərdən başlayaraq, davamlı təhdidlər aldığını dedi: “Bizim mənfur qonşularımız internet məkanından keçiblər, öz kilsələrinə… Onlar əvvəl internet məkanında mənə qarşı kampaniya keçirirdilər. İndi də öz kilsələrində mənə qarşı cinayət işi başlaması üçün imzatoplama kampaniyası keçirirlər. Rusiya Cinayət Məcəlləsinin 232-ci maddəsinə görə, millətlərarası münaqişə yaratmaq üzrə cinayət işi başladılıb. Məqsəd məni ya ölkədən xaric etmək, ya da həbs etdirməkdir”.

F.Abbasov bildirdi ki, bunu özünə qarşı təhdid olaraq görmür. Heç bir təhlükəsizlik tədbirini yaxına qoymayan jurnalist cangüdənlər və zirehli avtomobillərdən imtina etdiyini dedi: “Erməni və digər millətlərdən təhlükə olsa, bütün bu hadisələrdən sonra olacaq. İsti-isti hər hansı təhlükə gözləmirəm. Cinayət işinə gəldikdəsə, onların öz hüquqşünasları varsa, mənim də öz hüquqşünaslarım var. Mənim Moskvada işimə yüzlərlə hüquqşünas çıxa bilər. Bu, milli mənafeyi qorumaqdır, Fuad Abbasovu ermənilərdən qorumaq deyil. Ona görə də hüquqşünaslardan hədsiz dərəcədə zənglər alıram. Onlar məni təmənnasız müdafiə etməyə hazırdırlar. Ermənilər tərəfdən hər hansı məhkəmə prosesi başlamalıdır. Onların əlində olan səbəb mənim öz sosial şəbəkəmda icazəsiz olaraq, bir şəxsin pasport məlumatlarını paylaşmağım olub. Onlar o pasportu icazəsiz paylaşmağımı əsas gətirərək, iki maddə üzrə mənə qarşı cinayət işinin açılmasını tələb edirlər. Bunlardan biri millətlərarası münaqişə yaratmaq, digəri isə pasport məlumatlarını icazəsiz yayımlamaqdır”.

Müsahibimiz xatırlatdı ki, “pasport məlumatlarını icazəsiz yaymaq”  iddiasının kökündə son günlər çeçenlər və Azərbaycanlılar arasındakı münaqişədə erməni əsilli gəncin əsas rolunun olmasını göstərən videomüraciət dayanıb. Orada bu şəxsin kimliyi açıqlanıb.

F.Abbasov dedi ki, bu məsələnin necə nəticələnəcəyini zaman göstərəcək. Hazırda həyatına heç bir təhlükə hiss etmədiyini deyən soydaşımız Moskvada da açıq şəkildə gəzdiyini və heç kimdən çəkinmədiyini dedi.

Paylaş:

This post was last modified on 22 Fevral 2019 8:26 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Elçibəyin tarixi çıxışı: “Qırğının müəllifi Primakovdur”-TARİX

20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir. SSRİ…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Əlövsət Əliyevin barəsində həbs qərarı – oğlu danışdı

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə Modern.az-a Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı…

19 Noyabr 2019
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Bakıda sənədsiz evlərə görə komissiyalar işləyir

Bakı şəhəri ərazisində sənədsiz evlərin siyahıya alınması ilə bağlı yaradılmış komissiyalar araşdırmalarını davam etdirirlər. Əvvəlcə paytaxtın rayonlarında sənədsiz evlər siyahıya…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Prezidentin köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti-BUMERANG

Kanal13 "Prezident köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti" haqqında veriliş hazırlayıb. Xural.com verilişi təqdim edir:…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Tofiq Yaqublu 30 günlük həbsdən sonra; Onu oğlunu öldürməklə hədələyiblər-VİDEO

19 oktyabr mitinqinə görə həbs edilənlərdən daha 3 nəfəri – Tofiq Yaqublu, Rüfət Səfərov və Baba Süleymanlı noyabrın 19-da azadlığa…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

İran İnqilab Keşikçiləri etirazlar durmazsa, qəti addım atacaqlarını deyib

Dövlət mediası xəbər verir ki, ən azı 100 bank və onlarla bina və maşın yandırılıb İranın İnqilab Keşikçiləri hökumət əleyhinə…

19 Noyabr 2019
Xural.COM