Həbs edilmiş gələcək

Teylor Fətişoğlu

Bakı İstintaq Təcridxanası
05.12.2011

Biryolluq bütün Azəracanı həbs edin!

Mən yazılarımda qeyd etmişəm. Ölkənin, məmləkətin nəbzi tələbə hərəkatında və türmələrdə vurur. Rüşvət, korrupsiya bataqlığının dibinə çökmüş, heç kimsənin dartıb çıxartmağa əl uzatmadığı tələbə hərəkatından Azərbaycanda danışmağa dəyməz. Cəmiyyətin tələbə adlı hisssinin beyinlərinə, təfəkkürlərinə, yaddillilərin, yadnəfəslilərin ideyaları zorla yeridilərək manqurtlaşdırılıb, zombi üsulu ilə bir mərkəzdən idarə edilirlər. Ona görə də məmləkətin «tələbə hərəkatı» ifadəsi, məfhumu ancaq gülüş doğuracaq, təhqiramiz bir məfhuma çevrilərək, zamanının ən qaniçən diktarorlarını devirmiş mübariz tələbə hərəkatlarına gülünc bir parodiyadır. Qalır soyuq, ilan gözlü, zəmanə cəlladları məmur barmaqları ilə çalın-çarpız doğranmış müxtəlif insan talelərinin cəmləşdiyi türmələr. Keçən 6 ay müddətində Baık İstintaq Təcridxanasında ünsiyyətdə olduğum, müxtəlif əndribadi qoşa-qoşa maddələrlə bəzədilmiş ittiham aktları ciblərində gəzən soluxmuş insanları görəndə cəmiyyətdə gedən mənəvi aşınmanın, insanın insana olan nifrətinin bir daha şahidi olursan. Hələlik ittiham tərəfi olan, zalım təbəqənin doğranmış taleli insanlara olan nifrətləri də elə bil iyrənc, ölüm hökmlərinin eyni olan ittiham aktlarına çöküb, bir zamanların ölüm düşərgələrində çökmüş zəhərli qara dumanı kimi. Necəki yaxınlarda məmləkətə çökmüş silsilə «Qara duman» haqqında zamanının ən böyük türk kişilərindən olan, «Böyük Gələcəy»in qurucusu Əvəz Zeynallı demişkən: «Qara duman, yoxsa qara tuman?» İtiham aktlarındakı müstəntiq soyadlarını bir az diqqətlə incələyəndə təmiz türk qanı olanlara olan nifrətin haradan qaynaqlandığı məlum olur. Qısa, kəsik, bumbuz cümlələrlə insanların talelərinə «qara həbs damğası» vurub, balalarına həsrət qoyanların əksəriyyəti bizdən deyil. Qafalarında, düşüncələrində bu millətin düşünən beinləri olan insanları şərləyib cəmiyyətdən təcrid etməyə yönləndirilmiş bu müstəntiq-cəlladlar cinayət işlərini elə bəzəyib şişirdirlər ki, milçəkdən fil düzəldir, sonda hakim qarşısına çıxarılan insan, hansısa bir uğursuzluğun, naşılığın bədəlini 8-10 il cəza ilə ödəməyə məcbur edilir. AR CM-nin az qala milliləşmiş 234, 178-ci maddələrinə təzə-təzə antikorrupsiya bulağından su içən 311 -ci maddəsi də çox möhkəm boy verməyə başlayıb. Ağlını, dərrakəsini, fitri istedadını, türksevərliyini, bir yerdə həbsd olduğumdan günü-gündən yaxından tanıyaraq, ölkədə, məmləkətdə az-az insanda təsadüf edilən böyük türkçülüyünü ancaq Mustafa Kamal Atatürklə müqayisə etdiyim Əvəz Zeynallının 311-ci maddənin bütün ağırlaşdırıcı bəndlərilə yüklənmiş ittiham aktında müstəntiqin gülünc bir arqumenti ortaya çıxır. Guya Əvəz Zeynallının rüşvət alacağı ehtimal edilir. İstintaq müddətində bu ehtimalın müstəntiqin acı gülüş doğursa da, əlində heç bir sübutunun olmamasına baxmayaraq, işqlı bir fikir adamını, azad ideya daşıyıcısını, sonda böyük türkçünü, bir aydan çox müddətdə sevimli işindən ayıraraq qapalı məhbəsə atmasının da şahidi olduq. Dünyanın heç bir yerində ehtimal olunan rüşvət məfhumuna görə vətəndaşı həbs etmirlər. O da ola əgər bu faktı ümumiyyətlə, təsdiqləyəcək bir dəlil belə yoxdursa. Keçmiş Sovetlərdə belə rüşvət maddəsilə həbs edilənləri «səliqəli» şəkildə – pul predmeti ortada olanda tuturdular. Bizim yad qafalıların başında əyləşdikləri hüquq femidasının savadsızlığı, naşılığı, kütlüyü yuxarıda qeyd etdiyim zəhərli qara duman kimi itiham aktlarına yüklənib. Milətin düşünən, işıqlı insanlarını, bir sözlə beyin mərkəzlərini sradan çıxarmağa hesablanmış bu məkrli, gedişli həbslərlə başda oturmuş fadfikirlilərimiz gələcəyimizi həbs edərək, nəmli türmə koğuşlarına doldurmaqla bizə olan nifrətlərini, zəhərlərini içlərindən çölə tökürlər.
Elə birdəfəlik Azərbaycan adlı məmləkəti həbs edin. Bu iş də bitsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button