Həbs olunduğu iddia edilən biznesmen danışdı

Şərurlu İsfəndiyarƏvvəlcə həbs olunduğu iddia edildi, sonra özü danışdı: “Mən həbs olunmamışam…”
Bir müddət əvvəl oğluna 650 min dollarlıq “Lamborghini” alması xəbəri ilə gündəmi sarsıdan “Şərurlu İsfəndiyar” – İsfəndiyar Axundovun həbs xəbəri yayılıb. 
70-dən çox oliqarxın həbs edilməsilə bağlı yayılan xəbərlər içində”Şərurlu İsfəndiyar”ın da həbs olunması real görünürdü. Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinad edərək belə bir məlumat yaymışdı ki,  “İsfəndiyar Axundov Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb və “Şərur” MTK şirkətinin sahibi olan biznesmen artıq 5 gündür ki, “Bandotdel”in təcridxanasında saxlanılır. İlkin məlumata görə, həbsdəki digər biznesmenlər kimi naxçıvanlı iş adamı da banklardan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İ.Axundovun banklara 100 milyon dollara qədər borcunun olduğu deyilir.”
Bu məlumat yayıldıqdan sonra İsfəndiyar Axundov həbs edilməsi barədə xəbərə münasibət bildirib. apa.az-a açıqlama verən iş adamı qeyd edib ki, haqqında belə məlumatlar qəsdən yayılır və bu xəbərlər həqiqətə uyğun deyil: “Mənin həbs edilməyim barədə yayılan xəbərlər yalandır. Nəinki həbs, mən, ümumiyyətlə, istintaqa cəlb olunmamışam. Haqqımda kimlər hansı məqsədlə bu xəbərləri yayır deyə bilmərəm. Onu deyə bilərəm ki, mən məsuliyyətə cəlb olunmamışam və hazırda evimdəyəm”. İ. Axundov həmçinin Azərbaycan Beynəlxalq Bankından kredit götürmədiyini də açıqlayıb: “Öz işlərimlə məşğulam. Beynəlxalq Bankdan da kredit götürməmişəm”.
 Xatırladaq ki, oğluna 650 min dollarlıq “Lamborghini” alması xəbəri ilə gündəmi sarsıdan “Şərurlu İsfəndiyar” sonradan verdiyi açıqlamada, “Mənim oğlumun elə maşını yoxdur” – desə də, oğlu Allahverdi Axundov İnstaqram səhifəsində həmin maşının fotosunu paylaşaraq, “My new car, lambo#aventador” haştagından istifadə etmişdi.
XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button