Həbs xəbəri yayılan Fərda Xudaverdiyev danışdı

Həbs xəbəri yayılan Fərda Xudaverdiyev danışdı

Tanınmış aktyor Fərda Xudaverdiyev bir müddət əvvəl Bakıdan çıxmaq istəyərkən saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aktyor ANS PRESS-ə açıqlamasında bildirib ki, heç kim onu saxlamayıb. Onun sözlərnə görə, hazırda heç bir borcu da yoxdur.
“Bunanla bağlı mənə çox zənglər olub. Yayılan məlumatlar əsassızdır. Məni heç kim saxlamayıb. Borcum vardı, 2 ay bundan qabaq ödəmişəm. Bundan artıq heç nə demək istəmirəm”, – deyə Fərda Xudaverdiyev bildirib.
Qeyd edək ki, tanınmış aktyor Fərda Xudaverdiyev bir müddət əvvəl Bakıdan çıxmaq istəyərkən saxlanılması barədə məlumatlar yayılıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, onun külli miqdarda borcu olub. Bu səbəbdən də, onun ölkədən çıxmasına qadağa qoyulub.
Fərda Xudavrdiyev Heydər Əliyev adına Hava Limanında olarkən saxlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button