Həbsdə olan jurnalist keçmiş siyasi məhbuslara məktub göndərib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan www.7gun.az xəbər  saytının  baş redaktoru Cavid Şirəliyev mətbuata müraciət edib. O, müraciətində qanunsuz həbsindən, ona qarşı irəli sürülən ittihamın obyektiv araşdırılmamasından, eləcə də sifarişli və ədalətsiz məhkəmə hökmündən bəhs edərək mətbuatın bu məsələlərə diqqət yetirməsini istəyir. Müraciətdə deyilir:

“Daxili İşlər Nazirliyindəki özbaşınalığa və haqsızlığa görə ərizəmlə polis sistemindən çıxaraq jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətə başlamışam. Ədiliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “7GÜN XƏBƏR”  qəzetinin təsisçisi (qurucusu), həmin qəzetin internet səhifəsi olan www.7gun.az xəbər  saytının  baş redaktoruyam. Müxtəlif tənqidi araşdırmaların və məqalələrin müəllifi olmaqla yanaşı, eləcə də insan haqlarının və qanunla qorunan  mənafelərini müdafiə etdiyimə görə dəfələrlə təqib və təzyiqlərə məruz qalmışam.

07 noyabr 2010-cu il tarixdə keçirilmiş Milli Məclis seçkilərində 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd olmuşam. Seçkidən sonra yaradılmış İctimai Palata sıralarına qoşulmuşam.

Mən hazırda ictimai-siyasi fəaliyyətimə görə qanunsuz həbs olunmuşam ki, bu da insan və vətəndaş hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının məhdudlaşdırılmasıdır.

Qeyd edim ki, hüquq və azadlığımın müdafiəsi, pozulmuş hüquqlarımın bərpası və digər hallarla bağlı 100-dən çox ərizə və şikayətlərimə qanunla müəyyən edilmiş qaydada baxılmadığı üçün mən Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə, yaxud hərəkətsizliyinə hüquqi qiymət verilməsi, onların məsuliyyətə cəlb olunmaları tələbi ilə iddia ərizəsilə məhkəməyə müraciət etdiyimə görə, hər iki dövlət orqanı mənim hüquqlarımı müdafiə etmək istəyənlərə təsir etməklə onları hədələyirlər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib cinayət işi üzrə materialar və sübutlar saxtalaşdırılmaqla Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 may 2016-cı il tarixli 1 (088)-11/2016 saylı hökümü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişəm. Ona görə ki, guya mən özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə tanışım Orucov Asif Akif oğlu ilə qabaqcadan əlbir olaraq 2013-cü ilin iyun ayının təxminən ortalarında Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vurub özümü jurnalist kimi təqdim edərək, ondan icarəçisi olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki “Tatar” kafesində əxlaqsızlıq yuvasının olmasılə bağlı rüsvayedici məlumatlar yayma hədəsilə 2.000 manat pul tələb etməklə Şəfiqənin 700 manat pulunu hədə-qorxu ilə Asiflə birlikdə alaraq ələ keçirtmişik.

Hətta dövlət orqanlarının sənədlərinə digər mötəbər sübutlarla və dəlillərə əsasən mənə qarşı irəli sürülmüş ittiham tamamilə əsassız və qanunsuzdur. Belə ki,

  1. Polis əməkdaşları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsində 18 iyun 2014-cü il tarixdə AR CM-in 244.1-ci maddəsilə başlanmış 141900226 saylı cinayət işi üzrə araşdırmanın dayandırılması məqsədilə Şəfiqə Xankişiyevadan  10.000 (on min) manat pul tələb etmiş, sonuncu  bununla  əlaqədar  2014-cü ilin may ayında tanıdığı Asifə ətraflı danışaraq ondan kömək istəmişdir. Əldə olunmuş razılaşma əsasında Asif Orucov tanışı Məhərrəm Əsgərovla birlikdə Şəfiqə Xankişiyevanın sözlərilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərilə bağlı yazdığı ərizə və şikayətlər Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Baş Prokurorluğa və İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) göndərildikdən təxminən bir ay sonra, yəni 01 avqust 2014-cü il tarixdıə Xankişiyeva Şəfiqə İsmayıl qızı AR CM-in 244.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunaraq 01 avqust 2014-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

02 avqust 2014-cü il tarixdə isə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Şəfiqə Xankişiyevadan Asif Orucov və Məhərrəm Əsgərovla bağlı ərizə alınaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində AR CM-in 178.2.1-ci  maddəsilə başlanmış 141900302 saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılan Asifdən, sonra isə Şəfiqədən də mənə qarşı Asifin ifadəsinə oxşar ifadə alınmış, daha doğrusu təqsirləndirilən şəxs qismində cinayət təqibini həyata keçirən orqandan aslı vəziyyətdə olan Asif və Şəfiqənin ifadəsi DİN-in BMCMİ-in İstintaq şöbəsinin müstəntiqinin sözlərilə, onun uydurmalarına uyğun yazılması, qanunla müəyyən edimiş qaydada istintaq çağrılmadığım halda barəmdə axtarış qərarı çıxarılmışdır.

Cinayət işinin başlanmasına əsas və səbəb 02 avqust 2014-cü il tarixli şifahi ərizə protokolunda Xankişiyeva Şəfiqə İsmayıl qızı Orucov Asif Akif oğlu və Əsgərov Məhərrəm Ələkbər oğlundan şikayət edərək, onların  məsuliyyətə cəlb olunmalıarını xahiş etmiş, yəni Şəfiqənin məndən şikayəti və hər hansı bir tələbi olmamışdır.

Əgər 2013-cü ilin iyun ayının təxminən ortalarında Şəfiqə Xankişiyeva qarşı hədə-qorxu ilə tələb etmək olmuşdusa o, bu barədə həmin vaxt aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat verərdi, mən də iddia olunan 700 manat pulu alarkən həbs olunardım.

  1. Orucov Asif Akif oğlu məhkəmə iclasındakı şifahi və yazılı ifadələrində 11 aprel 2012-ci il tarixdən 19 oktyabr 2013-cü il tarixədək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini, 2013-cü ilin iyun ayının təxminən ortalarında nizam-intizamsiz məhkum kimi müəssisə daxilində ciddi nəzarətdə olduğunu, şübhəli şəxs qismində saxlanılanda istifadəsində olan mobil telefonda bir-iki gün öncə mənimlə danışıgı olduğundan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdaərsinin zirzəmisindəki Müvəqqəti saxlama yerində müxtəlif işgəncələrlə Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitləri, yəni vəzifəli şəxslərinin sözlərilə mənə qarşı yazılmış ifadələri imzaladığını, 2013-cü ilin iyun ayında Xankişiyeva Şəfiqə İsmayıl qızından hədə-qorxu ilə pul tələb edilib alınmasında iştirak etmədiyini, ümumiyyətlə bu hadisədən məlumatı olmadığını qeyd etdi.

5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin 14 dekabr 2015-ci il tarixli 17/45-948 nömrəli məktubuna əlavə olunmuş sənədlərə əsasən, Orucov Asif Akif oğlu müəssisədə daxili intizam (rejimi) qaydalarını pozduğu üçün 10 iyun 2013-cü il tarixdə ona töhmət verilmiş, buna görə də tənbeh olunan məhkum Asif Orucov 2013-cü ilin iyun ayının təxminən ortalarında müəssisənin ərazisindən kənara çıxmamışdır.

Azərbaycan Respublikasının Cəzaların icrası Məsəlləsinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrində tənbeh tədbiri tətbiqi edilən məhkumlar tənbeh olunduğu gündən bir ay müddətində heç bir halda müəssisənin ərazisindən kənara çıxmağa icazə verilmir. Məhz buna görə də Asif Orucov 10 iyun 2013-cü il tarixdən 10 iyul 2013-cü il tarixədək 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin ərazisindən kənara buraxılmamış, yəni Asif konkret olaraq 2013-cü ilin iyun ayının təxminən ortaları hesab olunan 10-dan 20-nə qədər müəssisədə olmuşdur.

İstənilən halda AR CİM-in 87.3-cü maddəsinə əsasən, məhkuma mühafizə olunan ərazidən kənarda müşayiətsiz hərəkət etmək üçün icazə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarına əsasən verilir. Ancaq hal-hazırda belə bir qərar yoxdur. Demək, Asif Orucov 2013-cü ilin iyun ayının təxminən ortalarında 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin ərazisindən kənara buraxılmamışdırsa, onun həmin vaxt mənimlə birlikdə Şəfiqədən hədə-qorxu ilə pul almağımız gülüncdür.

  1. Xankişiyev Şəfiqə İsmayıl qızı ifadələrində 2013-cü ilin iyun ayında Tovuz rayon Qovlar qəsəbəsində “Tatar” kafesinin fəaliyyət göstərdiyini və həmin obyektin icarəçisi olduğunu bildirmişdir. Şəfiqənin ifadələrinə baxmayaraq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırması Departamentinin məktublarında “Tatar” kafesinin 31 dekabr 2012-ci il tarixdən 31 dekabr 2013-cü il tarixədək, yəni 2013-cü ilin iyun ayında mövcud olmadığı və fəaliyyət göstərmədiyi qeyd edilmişdir. Bu fakt hətta Tovuz rayon İcra Hakimiyyəti Başçısının Qovlar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Tovuz rayon Qovlar qəsəbə sakinləri tərəfindən də rəsmi qaydada təsdiq olunmuş və bununla əlaqədar müvafiq akt tərtib edilmişdir.
  2. Şəfiqə Xankşiyeva ifadələrində həmçinin 2013-cü ilin iyun ayının təxminən ortalarında mənimlə telefonda danışdığından sonra Qazax rayonunda görüşdüyümüzü israr etmişdir. Ancaq mobil operatorlardan alınan telefon danışıqlarına dair məlumatlarda bizim aramızda heç bir vaxt telefon danışıqlarının olmadığı qeyd edilmişdir.
  3. Xüsusilə qeyd etmək istəyirəm ki, əslində Xankişiyeva Şəfiqə İsmayıl qızının mənə pul verməsilə bağlı birbaşa sübut olmadığına baxmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsi yalnız AR CM-in 244.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində dövlət orqanlarından asılı vəziyyətdətəzyiq altında olan Şəfiqə Xankişiyevanın heç bir fakta söykənməyən, yalan və böhtan xarakterli ifadəsinə əsaslanaraq barəmdə ittiham hökmü çıxartmışdır ki, bu da AR CPM-in 21.2, 28.5, 145.1, 145.3 və 351.2-ci maddələrinin tələblərinə tamamilə ziddir.

Onu da bildirim ki, bu cür qanunsuz həbslər həmişə olub, var və gələcəkdə də olacağı istisna deyil.

Qeyd edim ki, mən birinci instansiya məhkəməsinin hökmündən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm.

Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquq və azadlığımı müdafiə etməyinizi Sizdən xahiş edirəm.

            Qoşma:

  1. Təqsirləndirildiyimə dair 141900302 saylı cinayət işinin başlanmasına əsas və səbəb 02 avqust 2014-cü il tarixli şifahi ərizə protokolunun surəti – 1 vərəq.
  2. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin məktubuna əlavə olunmuş sənədlər – 3 vərəq.
  3. Vergilər Nazirliyi Departamentinin məktublarının surəti – 3 vərəq.
  4. Asif Orucovun vəsatətinin surəti – 2 vərəq.”

 

  1. cavid erize cavid erize1 cavid erize2 cavid erize3 cavid erize4 cavid erize5 cavid erize6

 

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button