Həbsxanada gözəllik salonu

Həbsxanada gözəllik salonu

Gürcüstanın üç həbsxanasında gözəllik salonu açılıb.
ANS PRESS-in məlumatına görə, salonlarda stilist kurslarını uğurla başa çatdırmış dustaqlar çalışırlar.
Gürcüstan hökumətindən verilən məlumata görə, konkret ixtisas üzrə biliklərə yiyələnmiş bu dustaqlara həm də xüsusi mükafat veriləcək. Hazırda stilist peşəsi üzrə 33 nəfər xüsusi sertifikat əldə edib.
Hökumətdən bildirilib ki, iş yerlərinin açılması cinayətin qarşısının alınması üzrə səmərəli vasitədir.
“Hazırda Gürcüstan həbsxanalarında geyim və makaron istehsal edən müəssisələr işləyir. Yaxın zamanlarda çörək sexinin və ayaqqabı fabrikinin açılması da nəzərdə tutulur”, – deyə qurumdan bildiriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button