Həbsxanadan restoran biznesinə-nazir müavini iş başında

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalovun azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlaması haqda ötən gün məlumat yayıldı.
Şamaxıda “Məlhəm” restoranını işlədən keçmiş məmur hətta bu haqda açıqlama verərək toyuq-cücə də saxladığını qeyd edib.
“Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram. Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.
Yenisabah.az xəbər verir ki, sözügedən Məlhəm restoranı heç də acından ölməmək üçün V. Zeynalovun işlətdiyi bir istirahət mərkəzi deyil. Restoran Şamaxı bölgəsində ən prestijli, elit və bahalı obyektlərdən biri kimi tanınır. Pirqulu yolu üzərindəki Məlhəm kəndində yerləşən “Məlhəm” həmin istiqamətdə yeganə böyük restorandır. Restoranın həm böyük zalları, həm də çoxlu sayda kabinetləri mövcuddur.  Həm qış, həm də yay fəslində qonaqları qarşılamaq üçün infrastruktura malikdir. Həyətində də onlarla “besedka” fəaliyyət göstərir. Uşaq əyləncə mərkəzi var. Bölgənin ən mahir aşpazları bu restoranda çalışır.
Bundan başqa V. Zeynalov “Məlhəm”in həyətində böyük süni göl yaradıb və balıq yetişdirir.
Restoranın qonaqlarına gəldikdə, yuxarıda bu obyektin prestijli olduğunu qeyd etmişdik. Ona görə də, ölkənin ən tanınmış şəxsləri, dövlət rəsmiləri, millət vəkilləri, şou adamları, biznesmenlər bu restoranın daimi müştərilərindəndir.
“Məlhəm”in fotolarını təqdim edirik:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button