Həkim-rezidentlərin yekun attestasiyası keçiriləcək

aaaBu gün Azərbaycan Tibb Universitetində rezidentlərin Yekun Attestasiyasına həsr olunmuş toplantı keçirilib.  Tədbirdə  rezidentlərin 2014-2015-ci tədris ili üzrə yekun attestasiyasının keçirilməsi barədə məlumat verilib.

xural.com-a daxil olan məlumata görə, rezidentlərin yekun attestasiyası məqsədilə Səhiyyə Nazirliyinin 08 oktyabr 2015-ci il tarixli əmrinə əsasən 27 ixtisas üzrə Attestasiya Komissiyası təşkil olunub. Yekun attestasiyanın iki mərhələdə – yazılı, test üsulu ilə və praktiki vərdişlərin yoxlanılması formasında həyata keçirilməsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Test imtahanı ATU-nun Virtual Test Mərkəzində (VTM) baş tutacaq. Yekun attestasiyanın test mərhələsindən müvəffəqiyyətlə keçən rezidentlər ikinci mərhələdə – praktiki vərdişlərin yoxlanılmasında iştirak edə bilərlər.

ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov çıxış edərək attestasiya imtahanının keçirilmə vaxtı və qaydaları haqqında iştirakçıları məlumatlandırdı.  Qeyd olundu ki, Yekun Attestasiyanın yazılı, test mərhələsi 23 oktyabr 2015-ci il, saat 11.00-da ATU-nun VTM-də keçiriləcək. Rezidentlər imtahandan yarım saat öncə şəxsiyyət vəsiqələrini də gətirməklə VTM-də olmalıdırlar. Onlar imtahana buraxılmaları üçün şəxsiyyət vəsiqələrini təqdim edərək VTM-də istifadəçi şifrəsini əldə etməlidirlər. Yekun attestasiyanın praktiki vərdişlərin yoxlanılması mərhələsi 29 – 30 oktyabr 2015-ci il tarixlərində saat 9.00-da ATU-nun ixtisas üzrə müvafiq kafedralarında keçiriləcək.

 Qeyd edək ki, rezidentlərin yekun attestasiyasının test mərhələsində texniki səhvə yol verməmələri üçün 19-20  oktyabr tarixlərində VTM-də sınaq test imtahanları keçirilib.  Ötən tədris ilində yekun attestasiyadan keçmədiklərinə görə təkrari yekun attestasiyadan keçmək hüququ saxlanılan rezidentlər də yekun attestasiyada iştirak etmək üçün müraciət etməlidirlər.

xural.com

aaaaaa

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button